"Böyük oyun" canlı yayımlanmaya bilər

"Böyük oyun" canlı yayımlanmaya bilər
ÖLKƏ FUTBOLU 6 Mart 2011 / 20:52 3351
-  A +

Martın 8-də "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçiriləcək NBC Bank Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu canlı yayımlanmaya bilər. Qol.Az-ın əldə etdiyi məlumata görə, matçın ekranlara gətirilməsi məsələsində problem yaranıb. 

Oyunun yayım hüququna malik meydan sahiblərinin direktoru Höccət Hacıyev də Qol.Az-a açıqlamasında xəbəri qismən təsdiqləyib. O bildirib ki, görüşün ilk oyundakı kimi yayımındansa, heç yayımlanmasa yaxşıdır: "Hamı ilk matçdakı biabırçılığı gördü. Belə hal yenə təkrarlanacaqsa, heç yayımlanmasa yaxşıdır. Biz heç kimə müraciət etməyəcəyik ki, gəlin, oyunumuzu canlı yayımlayın. Hansı telekanal istəyirsə, göstərə bilər. Yəqin ki, məsələyə sabah tam aydınlıq gələcək".     

Daha çox


Son xəbərlər