"Bakı" klubunun müdafiəçisi Rafael Əmirbəyovun Qol.Az-a müsahibəsi
-Bildiyimizə görə, artıq zədənizi sağaldıb komandanın məşqlərinə qatılmısız. Özünüzü oyunlara tam hazırlıqlı hiss edirsiz?
-Şükürlər olsun ki, artıq zədədən sonra yavaş-yavaş məşqlərə başlamışam. Lakin hələ tam sağalmayıb. Komandanın oyunlarında iştirak etmək üçün hələ bir qədər də zamana ehtiyacım var. İnanıram ki, "altılıq" oyunlarının ilk turlarında meydana çıxa biləcəm.
-Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qəbələ" ilə səfər oyununda 0:0-lıq bərabərlik qeydə alındı. Bu nəticəni uğurlu hesab etmək olarmı?
-Səfərdə komanda yaxşı təsir bağışladı. Lakin təəssüf ki, orada qol vura bilmədik. Bununla belə, "Qəbələ"nin də oyununu alqışlamaq lazımdır. Toni Adamsın komandası çox inamlı təsir bağışlayır.
-Bakıdakı cavab görüşü haqda nə düşünürsünüz?
-Bu oyun da gərgin keçəcək. Əlbəttə ki, nəinki bu görüşdə hətta növbəti oyunları da qələbə ilə başa vurmaq istəyirik. İnşallah, turu keçən komanda məhz "Bakı" olar. Çünki “Bakı“ daha şanslıdır.
-Azərbaycan Kubokunun yarımfinalında "Bakı"nın rəqibi "Xəzər Lənkəran" klubu ola bilər. Sizcə, "Bakı" ötən ilki uğuru bu il də təkrarlaya biləcəkmi?
-İndidən dəqiq bir söz demək olmaz. Ancaq bu futboldur. Burada hər şey baş verə bilər. Ötən il biz "Xəzər Lənkəran"ı həm çempionluqdan, həm də kubokdan etdik. Yəqin ki, bu il onlar bizdən qisas almağa çalışacaqlar. Bununla belə, bu komandaların yenidən görüşməsi olduqca maraqlı alınacaq. Lakin ilk öncə biz "Qəbələ"ni mübarizədən kənarlaşdırılmalıyıq.
-Yarımfinalda hansı klubu görmək istərdiniz? "Xəzər Lənkəran", yoxsa "Neftçi"?
-Bizim üçün fərqi yoxdur. Əsas odur ki, layiqli qələbə qazanmaqla yarımfinala çıxaq. Çoxları "Xəzər Lənkəran"ı artıq yarımfinalda hesab edir. Lakin bu futboldur. Lənkəranda "Neftçi" də qalib də gələ bilər. Bunu zaman göstərəcək.
-Premyer Liqada "Bakı"nın şanslarını necə dəyərləndirisiz?
-"Altılıq"dakı bütün komandaların güclü olduğuinu nəzərə alsaq, bizim işimiz heç də asan olmayacaq. Lakin "Bakı" ötən il də çempionata pis başlasa da, yekunda Azərbaycan kubokunu qazanmaqla yanaşı Premyer Liqada 2-ci yeri tutdu. İnanıram ki, bu il də belə olacaq.
-“Altılıq”da əsas rəqib kimi hansı klubları görürsüz?
-"Altılıq"da heç bir klubu ayırmaq istəmirəm. Burada hamısı güclüdür. Desəm ki, "Neftçi" və "Xəzər Lənkəran" yalan olar. Çünki heç kəs "Xəzər Lənkəran"ın "Neftçi"yə 4 qol vuracağını gözləmirdi. Lakin Lənkəran təmsilçisi bunu bacardı. Bu isə çempionatın daha maraqlı keçəcəyindən xəbər verir.
-Bu mövsüm "Bakı"nın əsas hədəfi nədir?
-"Bakı" həmişə olduğu kimi yüksək yerlər uğrunda mübarizə aparır. Bu mövsüm əsas hədəfimiz isə Avrokuboklara vəsiqə qazanmaqdır. Fərqi yoxdur hansı yolla olursa, olsun biz Avropaya getmək istəyirik. İnanıram ki, buna da nail olacağıq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı