«Xəzər Lənkəran» klubunun vitse-prezidenti Tuyqun Nadirov dünən «Neftçi»yə qarşı keçirilən oyununun baş hakimi Anar Salmanovun idarəçiliyindən narazı qalıb. Qol.Az-ın məlumatına görə, jurnalistlərlə söhbətdə o, «bu cür gözəl tamaşaya hakimin necə ləkə saldığı tək biz yox, bütün Azərbaycan gördü» deyib.
«Hər iki komanda meydanda baxımlı futbol sərgiləyirdi. Salmanov qərəzli və yanlış qərarları ilə oyunu məhv etdi» - deyə o bildirib.
T.Nadirovun fikrincə, Anar Salmanov və onun kimilər hakimlikdən qovulmalıdır.
«Xəzər Lənkəran»ın vitse-prezidenti Salmanovla bağlı sensasiyalı açıqlama da verib. «Bu hakim bundan öncə də bizim oyunu səviyyəsiz idarə etmişdi. Salmanov «Muğan»la oyundan öncə bizdən rüşvət istəmişdi. Lakin həmin vaxt ağıllı davranaraq bunun qarşısını almışdıq. Bununla bağlı bütün məlumatları, faktları PFL-ə təqdim etmişik. Belə hakimlərə Azərbaycan futbolunda yer yoxdur» - deyə T.Nadirov vurğulayıb.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu