“Həmişə deyirəm ki, bizi sevən insanları sevindirdiyimiz üçün Allaha şükür edirik. Azarkeşlərimizə təşəkkür edirəm ki, hər zaman bizə dəstək olurlar. Yaxşı təşkilatlanmış komandaya qarşı oynayırdıq. Elmar Baxşıyevin çox yaxşı komandası var. Bu komandaya qalib gəldiyimiz üçün çox sevinirik”.
QOL.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 16-cı turunda “Qəbələ”ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Mütəxəssis gəlişindən sonra “Kəpəz”dəki dəyişikliyin səbəbini belə izah edib: “Sehrli çubuq deməzdim. Sadəcə, rəhbərlik futbolçuların, komandanın yanındadır. Onlara öz dəstəyini göstərir. Bu da çox vacib amildir. Biz də çalışırıq ki, gücümüz nəyə çatırsa, futbolçuları oyunlara motivasiya edək, hazırlayaq. Bizim bu gün etdiklərimiz hələ tam olaraq istədiklərimiz deyil. Qarşıda çox oyunlar var. Marafonun yarısına çatırıq. Daha yaxşı oynamağa, daha yaxşı formaya düşməyə çalışacağıq ki, komanda daha yaxşı nəticələr qazansın”.
O, “Qəbələ”nin oyunun təhlil etdiklərini vurğulayıb: “Bilirdik ki, ilk dəqiqələrdən ön xətdə çox aqressiv olurlar. Rəqibi öz qapısına sıxaraq qol vurmağa çalışırlar. Bizim gördüyümüz odur ki, hücumla müdafiə arasında geniş məsafə var idi. Oyunumuzu da onun üzərində daha çox qurmuşduq ki, həmin məsafədən istifadə edərək, sürətli hücumlar quraq. Bu gün də onları qura bildik, bir çox epizodlarımız oldu. İmkan düşdükcə də, istifadə etməyə çalışdıq”.
Adil Şükürov komandasının üzvü Şakir Seyidovun mövqeyini dəyişməsinə də toxunub: “Şakir “Bakı” futbol akademiyasının yetirməsidir, onu çoxdan tanıyırıq, potensialına bələdik. Bilirdik ki, onun həmin mövqedə faydalı iş əmsalı daha yüksək olar. Gördüyümüz də odur. Ona görə də, onu həmin mövqeyə çəkdik. İstədiyimiz də alındı. Təbii ki, bir epizodu çıxmaq şərtilə. Çünki qapımıza zərbə gəlmişdi”.
“Hər zaman gənc futbolçulara güvənmisiz. “Kəpəz”də qışdan sonra gənc futbolçular heyətdə görə bilərik?” sualını Şükürov belə cavablandırıb: “Hər zaman deyirəm ki, gənc futbolçulara şans verməliyik. Elə şans olmalıdır ki, futbolçular həmin oyunlarda potensiallarını göstərə bilsinlər. Bu da həmin oyunlardan biri kimi dəyərləndirdik və Əli Səmədovla, Cavad Kərimovu oyuna buraxdıq ki, onları da Gəncə futbolunun gələcəyi adına qazanaq. Bu, təməldir”.
“Beşiktaş”dan darmadağın
Messidən skandal hücum - Video
"Qarabağ"ın "Nyukasl"a qarşı hazırlıq məşqindən - Şəkillər
Qış Olimpiya Oyunlarına yekun vuruldu
"Yuventus"un baş məşqçisinin taleyi 2 matçdan asılıdır
PSJ onunla müqaviləni yeniləyir
"Barselona" "Levante"yə şans vermədi - 3 cavabsız qol
"Liverpul" son dəqiqələrdə vurduğu qolla qələbə qazandı
Kazemiro və Messi komanda yoldaşı olacaq?
"O, işlədiyim ən peşəkar futbolçudur"
"Kəpəz"ə qol vurmaq məndə özünəinam yaradıb" - Parris
"Sabah"ın qələbəsindən - Video
“Hansı məqsədlə "Qarabağ"ın əleyhinə şüarlar səsləndirdilər, bilmirəm” - Azər Bağırov
ÇL matçlarında VAR sistemindən istifadə qaydaları dəyişdi
"Trabzonspor"dan möhtəşəm geri dönüş - 5 dəqiqədə 3 qol
"Sabah"dan qələbə, "İmişli" - "Şamaxı" matçında heç-heçə
Mahir Emreli 3 ay sonra oyuna çıxdı
"Şamaxı” komandasına söz atdı - “Tempi aşağı salırdı"
Kenan Yıldız "Qalatasaray"la oyunu buraxa bilər
"İmişli" - "Şamaxı" matçından - Video
Karyerasında ilk dəfə Azərbaycan çempionu oldu
Fransa klubu baş məşqçisi ilə sağollaşmağa hazırlaşır
Qırmızı vərəqə aldı, klubdan ayrılmaq qərarı verdi
"Sabah" - "Kəpəz": Heyətlər
Mahir Emreli 3 ay sonra iştirak ərizəsində
"Nyukasl" - "Qarabağ": baş hakim o olacaq
Musiala rekordçu oldu
Bu dəstəyin cəzası 54 min avro oldu - Video
"İmişli" - "Şamaxı": Heyətlər açıqlandı
“Real” rəhbərliyi Arbeloadan da narazıdır
Keyn: “Barselona”nın marağını kompliment kimi qəbul edirəm”
"Mançester Siti" "Nyukasl"a belə qalib gəldi - Video
Millimizin üzvü Erediviziyada növbəti oyuna çıxdı
Messinin də komandası uduzdu, Nərimanın da
964-ə çatdı, uğuru ərəb milli geyimində qeyd etdi - Video
"Qalatasaray"ın gözlənilməz məğlubiyyəti - Video
“Qarabağ”la oyunöncəsi məğlubiyyətə belə şərh verdi
"Nyukasl" "Mançester Siti"yə uduzdu
"Bavariya"dan qələbə, "Borussiya"dan heç-heçə
Azərbaycan millisindən möhtəşəm qol - Video
"Qalatasaray" səfərdə məğlub oldu
"Ronaldo ilə eyni klubda oynamaq istəyərdim"
"Bavariya"nın futbolçusu sıradan çıxdı