Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun da forma geydiyi Rusiyanın "Anji" klubu daha bir futbolçunu heyətinə qatıb. Qol.Az-ın məlumatına görə, əslən Dağıstanlı və bir vaxtlar Azərbaycan millisində də çıxış edən təcrübəli hücumçu Şamil Lahiyalov 4 illik fasilədən sonra yenidən "Anji"yə qayıdıb.
Rusiyanın "Krasnodar" klubu ilə müqaviləsini pozan Şamil yenidən Mahaçqala təmsilçisi ilə anlaşıb. "Anji" klubunun baş məşqçisi Hacı Hacıyev də Şamilin komandaya keçidinə münasibət bildirirb: "Çox təəssüf ki, Şamil karyerasının çox hissəsini burada keçirməyib. Mahaçqala onun üçün doğma şəhərdir. Onun yenidən"Anji"yə qayıtmasında daha çox klubun sahibi Süleyman Kərimovun böyük rolu olub.
"Anji"də Dağıstanlı futbolçuların çıxış etməsi mənim üçün də yaxşıdır. Çünki belə futbolçularla anlaşmaq daha asan olur. İnanıram ki, Şamil də komandanın uğuru üçün əlindən gələni edəcək və tez bir zamanda azarkeşlərin qəlbinə yol tapacaq".
Qeyd edək ki, Şamil "Anji"də Mahirlə yanaşı, digər həmyerlilərimiz Hacı Hacıyevin köməkçisi Vaqif Sadıqov və seleksiyaçı Emin Ağayevlə də birgə çalışacaq.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı