Azər Bağırov yeni futbol mövsümünə damğasını vurmağı bacarıb. Premyer Liqanın ən gənc baş məşqçisi debütant "Araz Naxçıvan"la hamını təəccübləndirir. Daha böyük imkanlara və oturuşmuş heyətə malik rəqiblərin fonunda Naxçıvan təmsilçisinin elitadakı yerini qorumaq uğrunda mübarizə aparacağını düşünmək olardı. Amma Bağırov sıfırdan yığılan heyətlə elə bir komanda düzəltdi və ustalıq səviyyələri o qədər də yüksək olmayan futbolçulara elə bir oyun aşıladı ki "Araz Naxçıvan" özündən güclü klublardan həm yaxşı oyun göstərir, həm də daha üst pillədə qərarlaşıb.
Onunla Qurban Qurbanova həsr olunmuş filmin təqdimat mərasimində görüşdük.
İlk sual da elə bu haqda idi.
- Filmi bəyəndiniz?
- İlk növbədə Gənclər və İdman Nazirliyinə bu filmin ərsəyə gəlməsinə görə təşəkkür edirəm. Qurban Qurbanovun bu yerlərə gəlmək üçün nə qədər keşməkeşli yol keçdiyini gördük. Ümumiyyətlə, futbolçu, idmançı həyatı çox çətin olur. Film həqiqətən möhtəşəm idi və zövq verdi.
- Nə zamansa Azər Bağırovdan da film çəkilə bilərmi?
- Azər Bağırovun və ya başqa kiminsə Qurban Qurbanova çatması mümkün deyil. Amma biz də çalışırıq futbolumuz üçün hansısa faydanı verək. İndi film çəkilməsini istəməzdim. Sabah nə olacağını isə Allah bilir. Hər şeyi zamanın axarına buraxmaq lazımdır.
- Qurban hocanı Norveçdə növbəti çətin sınaq gözləyir...
- "Molde" əla komandadı və xüsusən evdə daha yaxşı performans sərgiləyir. Azarkeş, doğma meydan, iqlim amili norveçlilər üçün əlavə üstünlükdür. Bizim üçün çətin oyun olacağını hamı bilir. Amma inanıram ki, futbolçular təzyiqin öhdəsindən gələcık və "Qarabağ"ın ruhunu ortaya qoyub lazımi nəticəni qazanacaq.
- Milli komandanın baş məşqçi postuna namizədlər arasında adınız Qurban Qurbanovla yanaşı çəkilir...
- Sözsüz ki, bu posta ən layiqli namizəd Qurban müəllimdi. Mənim üçün onun yanında köməkçi işləmək də fəxr olar. Böyük təcrübəsi var. Mən ilk növbədə onun tərəfdarıyam ki, milli yerli mütəxəssisə tapşırılsın. Xeyli sayda Premyer Liqa təcrübəsi olan gənc Pro kateqoriyalı məşqçilərimiz var. İnkişaf etmiş futbol ölkələrinin praktikasından da görürük ki, millidə yerli gənc mütəxəssislərə çalışmağa şans yaradılır. Təbii ki, mənə də şans verilsə şərəf duyaram. Amma ən önəmlisi odu, yerli məşqçilərimizdən kimsə olsun. Məsələn, Rəşad Sadıqov həm "Zirə"dəki işi, həm də millilərdə istər futbolçu, istərsə də məşqçi kimi fəaliyyəti ilə ölkəmizin bir nömrəli komandasını çalışdırmağa layiq olduğunu sübut edib. İnanıram ki, AFFA Azərbaycanımız üçün ən xeyirli olacaq qərarı verəcək.
- Ən böyük büdcəli klubumuz "Neftçi" ilə son qarşılaşmada əzmkar heç-heçə etməyi bacardınız. Birinci dövrədə isə "Araz Naxçıvan" ölkəmizin ən köklü klubunu məğlub etməklə hamını təəccübləndirmişdi. Mövsümün əvvəli qarşısınıza Premyer Liqadakı yeri qorumaq məqsədi qoyulmuşdu?
- Xeyr. Yaxşı kollektiv formalaşdırıb, bacardıqca üst yerlər uğrunda mübarizə aparmalıydıq. Nəticələr gəldikcə iştah çoxalır, bəlkə də adam bir az reallıq hissini itirir. Ən azı ürəyində fikirləşir ki, bəlkə avrokuboklara vəsiqə qazanmaq olar. Amma "Neftçi", "Sabah", "Turan Tovuz" və demək olar ki, Premyer Liqadakı bütün klublar maddi-texniki və ən əsası yerli futbolçu tərəfdən bizdən qat-qat üstündürlər. Qış fasiləsində yerli futbolçu potensialımızı artırsaq, iki cəbhədə normal mübarizə apara bilərik. Yəni, həm çempionat, həm də kubokda yaxşı işlər görə biləcəyimizə inanıram. Amma hələlik mənim üçün əsas məsələ ikinci dövrənin qış fasiləsinəcən qalan oyunlarıdır.
- İkinci dövrənin çətin oyunlarından birini - "Neftçi" ilə qarşılaşmanı kifayət qədər yaxşı nəticə ilə bitirdiniz...
- "Neftçi"nin oyunçularının ustalıq səviyyəsinin bizimlə müqayisədə qat-qat üstün olması heç kimə sirr deyil. Bununla belə, futbolçularımız son ana qədər mübarizə apardı, əzmkarlıq göstərdi. Həm birinci, həm də ikinci dövrədə "Neftçi" ilə oyunlarda istədiyimiz nəticələri qazandıq.
- "Neftçi"dən fərqli "Araz Naxçıvan"ın azarkeşlərini də tribunalarda görmürük...
- Hazırda Naxçıvanda oynamırıq deyə belə vəziyyət yaranır. Bunun özü də komandaya mənfi təsir edir. Naxçıvanda futbolu çox sevirlər, azaekeşlər daim mənə yazırlar. İnşallah, orda oynasaq tam fərqli atmosfer görəcəksiniz. "Neftçi"yə gəlincə, "ağ qaralar" daha yaxşı yerlərə layiqdi. Bu klubu həmişə zirvələrdə görməliyik. "Neftçi" azarkeşlərinə hər zaman böyük rəğbətim olub. Bizimlə oyunda verdikləri dəstəyə görə təşəkkür edirəm. Mənim üçün Azərbaycanın 1 nömrəli azarkeşi - "Neftçi" azarkeşidir. Bilmirəm bəlkə də ona görə doğmadırlar ki, bu klubda "gözümü açmışam", böyümüşəm, işləmişəm, ilk addımlarımı "Neftçi"də "Tofiq Bəhramov"da Canbaxış müəllim rəhbərliyi ilə atmışam.
- Qış fasiləsində komanda xaricə təlim-məşq toplanışına gedəcəkmi?
- Klub rəhbərliyi bu yöndə çalışır. Amma hələlik heç nə dəqiqləşməyib. Ola bilər gedək, ola bilər Azərbaycanda qalaq.
Mənbə: sports.az
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
Konfrans Liqasında 1/8 final həyəcanı
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Avropa Liqasında 1/8 final başlayır
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?