19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda 11-ci qrupdakı sonuncu matçında səfərdə Lüksemburqla qarşılaşıb. Görüş Lüksemburqun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində 84-cü dəqiqədə Şahin Şahniyarov fərqlənib.
Beləliklə, 3 oyundan sonra cəmi 1 xal toplayan Azərbaycan millisi elit-raunda vəsiqə qazana bilməyib.
Qeyd edək ki, U-19 millimiz bundan əvvəl Bosniya və Herseqovina ilə 0:0 hesablı heç-heçə edib, Niderlanda 1:2 hesabı ilə uduzub.
Avro, seçmə mərhələ
21:00. Lüksemburq - Azərbaycan - 2:1
21:00. Bosniya və Herseqovina - Niderland - 0:3
Xal durumu: Niderland - 9, Bosniya və Herseqovina - 4, Lüksemburq - 3, Azərbaycan - 1
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı