Asiya kubokunun oyunlarına bilet satışından əldə olunan gəlir Fələstin xalqına yardım üçün bağışlanacaq.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qətər Futbol Assosiasiyasının rəhbəri Şeyx Həməd bin Xəlifə Al Tani məlumat verib:
“Fələstində baş verən son hadisələri nəzərə alaraq, bu çətin dövrdə qardaş və bacılarımıza dəstək olmaq üçün bütün lazımi yardımı göstərməliyik. Beləliklə, Qətərdə keçirilən Asiya kubokunda bilet satışından əldə olunan gəliri Fələstinə bağışlamaq qərarına gəldik. Yardım göstərən tərəfdaşlarımızla işləyərək, bu birgə sosial təşəbbüsün ən çox zərər çəkənlərə fayda verəcəyinə və futbolun insanlara ən çətin anlarda dəstək mexanizmi kimi öz rolunu yerinə yetirəcəyinə əmin olacağıq”.
Asiya kubokunun oyunları 2024-cü il yanvarın 12-dən fevralın 10-dək Qətərdə keçiriləcək.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı