Dodo (Luiz Paulo Hilario) 2011-2016-cı illərdə "Qəbələ"də çıxış edib. "Qırmızı-qaralar"ın kapitanlıq sarğısını da daşıyan 36 yaşlı hücumçu Azərbaycanda azarkeşlərin ən sevimli oyunçularından birinə çevrilmişdi.
Hazırda Latviyanın “Liepaya” klubunda çıxış edən Dodo QOL.az saytına müsahibə verib.
- Dodo, Latviyada necə gedir işlərin?
- Hər şey yaxşıdır. Çempionatda mövsüm başa çatıb. Hazırda fasilədir.
- “Liepaya” ilə müqavilən başa çatıb. Bu komandada qalmaq fikrin var?
- Klub mənimlə davam etmək istəyir. Yeni müqavilə təklif ediblər. Ancaq hələ sözləşmə imzalamamışam.
- Nə düşünürsən?
- Başqa təklif olmasa, müqaviləmi uzadacağam.
- Azərbaycandan təklif gözləyirsən?
- Yox. Çünki orada bir az yaşı çox olan futbolçunun faydalı olacağına inanmırlar. Düşünürlər ki, yaşlı futbolçular oynaya bilmirlər.
- Bəs, sən 36 yaşında özünü necə hiss edirsən? Fiziki durumun necədir?
- Bütün Latviya deyir ki, mən 24 yaşındakı kimi görünürəm. Doğrudan da, hələ də oyunlarda çox qaçıram, liqadakı bütün görüşlərdə meydana çıxram və çoxlu qol vururam. Başa çatan mövsümdə 13 qolla komandamın bombardiri oldum. Hazırkı çempionatda isə bombardirlər arasında 4-cüyəm. Sizə bir video göndərərəm. Ona baxanda haqqımda fikirləşən insanların ağılsız olmadığına əmin olarsınız.
- Bu performansı Azərbaycan çempionatında da göstərə bilərsən?
- Azərbaycanda daha rahat oynaya bilərəm. Orada liqa daha yaxşı, fubolçular isə səviyyəlidir. Burada Azərbaycanla müqayisədə daha çox güc sərf etməli olursan. Çünki güc futboluna üstünlük verilir. Azərbaycanda isə futbol daha çox ağılla oynanılır. Ona görə də Azərbaycanda daha yaxşı çıxış edə bilərəm.
- Sabiq komandan “Qəbələ” hazırda yaxşı günlərini yaşamır. Komanda sonuncu pillədədir.
- Bilirəm. Komandanı izləyirəm. “Qəbələ” həmişə mənim ürəyimdədir. Heç vaxt onları unutmuram. “Qəbələ” böyük komandadır.
- Oyununla “Qəbələ”yə kömək edə bilərsən?
- Əlbəttə. Bunun üçün yaxşı təcrübəm var. Həm də mən yüksək maaş tələb etmirəm. “Qəbələ”yə gedə bilərəm və biz yaxşı komanda qura bilərik.
- Sirr deyilsə, “Liepaya”da aylıq qazancın nə qədərdir?
- 7 min avro maaşımdır. Hər qələbəyə görə 500, hər qoluma görə isə 1000 avro bonus nəzərdə tutulub.
- “Qəbələ”ni və oradakı oyunlarını necə xatırlayırsan?
- Yadımdadır ki, komandaya gəldiyim ilk gün heyrətamiz idi. “Panatinaikos”la oyun (Avroliqanın pley-off mərhələskndə - red.) gözəl xatirlərdən biridir. Dortmund “Borussiya”sı ilə görüşü isə heç vaxt unutmaram. Həmin görüşdə qol vurmuşdum. Ümumiyyətlə, “Qəbələ”dəki həyatım mükəmməl keçdi.
- Bəlkə də, “Qəbələ”dən getməsən, daha yaxşı olardı. Necə düşünürsən?
- Bilmirəm. Əslində klub özü mənimlə davam etmək istəmədi. Komandanın kapitanı idim, qollar vururdum. Avropa Liqasının qrup mərhələsinə düşmək üçün komandama çox fayda verirdim. Ancaq klub maaşımı yarıbayarı azaltmaq istəyirdi. Mən isə belə olan halda komandada qalmayacağımı bildirdirm.
Daha sonra maaşım azaldıldı və mən ayrıldım. Digər oyunçularda isə maaşlar olduğumu kimi qalırdı. Təkcə mənim maaşım azaldılmışdı. Hansı ki, komandanı yaxşı yerlərə gətirmək üçün hər şey edirdim.
- Həmin vaxt “Qəbələ”də aylıq gəlirin nə qədər idi?
- 35 min dollar.
- Sonra 17.5 min dollar oldu və “Qəbələ”dən ayrıldın?
- Bəli. Amma əsas problem maaşın azalması deyildi. Sadəcə başa düşmədim ki, niyə yalnız mənim maaşım azaldılır. Həmin vaxt kapitan kimi avrokuboklar oyunlarında meydana çıxırdım.
Ramiq Ağaməmmədov
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi