«Neftçi»nin yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- “Simurq”a vurduğun qol bu çempionatda sayca 6-cı oldu. Özünü bombardirlər sırasında görürsən?
- Bilirsiz, mən heç vaxt çox qol vurmağa meyilli olmamışam. Əsasən məhsuldar ötürmələrimlə fərqlənirdim. Bu il çalışaram ki, vurduğum qolların sayını artırım. Hər oyunda iki-üç epizod olur. Əgər oyunlarımız alınsa, niyə də bombardirlər siyahısına düşməyim?
- "Simurq"un rəhbərliyi həmin qolun ofsaytdan vurulduğunu iddia edir.
- Oyundan sonra da demişdim ki, onların müdafiəçisi məndən çox arxada qalmışdı. Elə özüm də gördüm ki, orada ofsayt yoxdu.
- "Altılıq" oyunlarına az qalıb. "Neftçi"nin şanslarını necə dəyərləndirirsən?
- "Altılıq"da zəif rəqib olmayacaq. Kim sonadək mübarizə aparsa, taktiki və fiziki cəhətdən daha hazır olsa, məncə, daha yaxşı nəticə qazanacaq. Bizdə psixoloji üstünlük də var. Ona görə də daha çox xal toplamağa çalışmalıyıq. Çünkü "altılıqda" mübarizə daha gərgin olacaq. Çalışacağıq ki, istədiyimiz nəticəni əldə edib çempionluğu qazanaq.
- Birincilik uğrunda hansı klubu özünüzə əsas rəqib görürsən?
- Mən heç bir klubu ayırmaq istəməzdim. Amma mənim bəyəndiyim komandalar "Qarabağ"la "Xəzər Lənkaran"dı. Onların oyunları daha baxımlıdı. Bu mənada, onlarla oynamaq həm çətin, həm də asandı. Belə komandalar özü də oynayır, rəqibi də oynamağa imkan yaradır. Topu özlərində çox saxlamağı bacarırlar. Bizdə də belədir. Məncə, azarkeşlər də onların oyunundan zövq alırlar.
- "Neftçi"nin çempionluğuna nə mane ola bilər?
- Təki zədələr olmasın. İndi xətlərarası problem yoxdu. Bu problemlər olmasa, istədiyimiz oyunları göstərsək, məncə, birinci yeri tutacağıq. - Milli komandaya çağrılmamağının səbəbini nədə görürsən?
- Mən hər dəfə mətbuata demişəm, bu gün də təkrar edirəm, mən onun siyahısında yoxam.
- Yəqin ki, Berti Foqtsu nəzərdə tutursan?
- Bəli. Gözləyəcəyəm. İnşallah nə vaxtsa mənim oyunumu bəyənən məşqçi tapılar. O zaman canla-başla Azərbaycan millisində oynayacağam. Mən Berti Foqtsun qərarına normal yanaşıram. Çünki hər məşqçinin öz fikri var.
- Foqtsun rəhbərliyi dövründə milliyə dəvət alacağına ümidin yoxdu?
- Milli komanda klub deyil. Bu gün kim hazırdısa, o da komandaya çağırılır. Təkrar edirəm, gələcəkdə dəvət alsam, yəni başqa bir baş məşqçi olsa, gedib canla-başla millinin şərəfini qoruyaram. Amma indi mənim orada oynayacağıma inamım azdır. Çünki Foqtsla münasibətlərim yaxşı deyil.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi