"Çox yaxşı komandaya məğlub olduq. Bu komandanı ancaq təbrik edirəm. Bu cür futbol oynadıqları üçün onlara azarkeşlik edə bilərik. Futbolçularım çox əziyyət çəkdilər. Müdafiədə oturmaq istəmirdik. Boşluqlar verdik. "Bayer" topla çox yaxşı davranırdı. Bu gün gördük ki, səviyyə fərqi var. Nəticə göstərdi ki, onlar bizdən çox yuxarıdadır".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Bayer"ə 1:5 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, "Hesab səviyyə fərqinin göstəricisidir" sualına belə cavab verib: "Yox deməzdim. Bu gün 5 qol vurublarsa, bu, onların bacarığıdır. Sadəcə bunu deyim ki, problem bizdə deyildi, onlarda idi. "Bayer" çox yaxşı komandadır. Onların ustalıq səviyyəsi aşağı olan futbolçuları yoxdur. Öz oyun sistemlərini yaxşı yerinə yetirirdilər".
Q.Qurbanov "Bayer"ə qarşı noyabrın 9-da Bakıda keçirəcəkləri matç haqqında da danışıb: "Dünən də bildirdim ki, Almaniya komandaları heç bir oyuna arxayın çıxmırlar. Xabi Alonso istəyir ki, öz oyununu daha da yaxşılaşdırsın. Belə oyunlar onun üçün çox böyük şansdır. İnanmıram ki, onlar Bakıda meydana arxayın çıxsınlar. "Bayer"in heyətində də elə bir futbolçu yoxdur ki, arxayınlaşsın. Çünki ustalıq səviyyələri yuxarıdır".
Baş məşqçi "Azərbaycan klublarının bu cür rəqiblərlə oynaması üçün nə lazımdır" sualına "Məncə, bu gün bu, müzakirə mövzusu deyil. Özünüz diqqətlə baxırsınızsa, çox gözəl bilirsiniz. Reallığa baxmalıyıq. Səviyyə fərqi elə-belə deyil. Hərtərəfli fərq var. Bunu öz vətənimizdə müzakirə etsək, daha yaxşı olar" - deyə cavab verib.
O, futbolçusu Julio Romaonun 90 dəqiqə meydanda qalmasına və əvəzlənməməsinə də toxunub: "Səbəbi yoxdur. Bəzi futbolçular var idi ki, onlara tapşırıq verilmişdi, yerinə yetirirdilər. Futbolçular hansısa epizodda çatmırdılarsa, o demək deyil ki, zəif oynayırdılar. Rəqibin də bacarığını nəzərə almaq lazımdır. Romaonun belə oyunlarda meydanda olması lazımdır. Yankoviç isə zədədən qayıtmışdı. Bacardığı qədər komandaya kömək edə bilirdi".
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqada debüt edə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu
"Barselona"nın 4 qollu qələbəsi - Video
"Qalatasaray"ın qələbəsi - Video
Toral "Bursaspor"da daha bir oyuna çıxdı
Renat Dadaşov Ukraynada debüt etdi
"Zirə" - "Qarabağ" matçından - Video
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı