Bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Bayer" (Almaniya) və "Qarabağ" (Azərbaycan) üz-üzə gələcəklər.
H qrupunda yarışan bu komandalar əvvəlki 2 görüşdə qələbə qazanıblar və 6 xalla şərikli liderdirlər. Oyunu Xaratsiu Fesnikin başçılıq edəcəyi rumıniyalı hakimlər briqadası idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da "Bay Arena" stadionunda başlanacaq.
"Qarabağ"ın almanlarla 7-ci qarşılaşması
Bu, "Qarabağ"la "Bayer" arasında tarixdəki ilk qarşılaşma olacaq. "Bayer" indiyədək Azərbaycanın heç bir klubu ilə qarşılaşmayıb. "Qarabağ" isə əksinə 2010-cu ildən bəri 6 dəfə alman klubları ilə üz-üzə gəlib. Bütün oyunlar Avropa Liqası yarışında baş tutub. Qurban Qurbanovun komandası 6 oyundan 5-də məğlub olub, sonuncu oyunda isə uğursuz seriyanı qıraraq heç-heçə edib.
Avropa Liqası, pley-off
2010-cu il. "Borussiya" (Dortmund) - "Qarabağ" (ilk oyun 4:0, cavab matçı 1:0)
Avropa Liqası, pley-off
2013-cü il. "Qarabağ" - "Ayntraxt" (0:2, 1:2)
Avropa Liqası, qrup mərhələsi
2022-ci il. "Frayburq" - "Qarabağ" (2:1, 1:1)

"Bayer" fırtınası
İspaniya futbolunun əfsanəsi Xabi Alonsonun rəhbərlik etdiyi "Bayer" bu mövsüm möhtəşəm çıxışı ilə bütün Avropanın diqqətini özünə çəkib. Leverkuzenlilər bu gün qitənin ən yaxşı formada olan komandalarındandır. Onlar bundesliqada keçirdiyi 8 oyundan 7-də qələbə qazanıb, yalnız 1-də heç-heçə edib və 22 xalla turnir cədvəlində liderdirlər. Avroliqadakı 2 oyunda da komanda yüzfaizli nəticə göstərib. Beləliklə, "Bayer" 10 oyunda 9 qələbəyə sevinib, 1 dəfə isə heç-heçə qeydə alınıb.
Alonsonun futbolçularının məhsuldarlığı da xüsusi qeyd edilməlidir: onlar 10 oyunda rəqib qapılarından düz 31 qol keçiriblər (25-i bundesliqada, 6-sı Avroliqada). Bu, orta hesabla hər matça 3 qol deməkdir. Müdafiə xətti də etibarlı oyunu ilə seçilir. 10 oyuna buraxılan qol sayı 8-dir.

"Qarabağ"a gəlincə...
Qurban Qurbanovun komandası da son oyunları uğurla keçirir. Komanda Azərbaycan çempionatında son 5 matçdan 4-də qalib gəlib, 1-də heç-heç edib. Avroliqanın qrupundakı hər 2 oyunda isə komanda yüzfaizli nəticəyə malikdir. Beləliklə, "Qarabağ" 7 oyundur məğlub olmur (6 qələbə, 1 heç heçə). Ağdam təmsilçisi həm daxili, həm də Avropa Liqasında şərikli liderdir.
"Qarabağ" bu mövsüm keçirdiyi 12 oyunda 22 qol vurub (20 qol Premyer Liqa, 2 qol Avroliqa) və 8 qol buraxıb (hamısını Premyer Liqada).
Ümumilikdə isə "Qarabağ" bu mövsüm Avropa kuboklarında dalbadal 7 oyundur uduzmur. Ağdam təmsilçisi son dəfə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Rakov"la Polşakı görüşdə (26 iyul) məğlub olub. Həmin matçdan sonrakı 7 oyunda "Qarabağ" 2 dəfə heç-heçə edib, 5 dəfə isə qələbə qazanıb.
Yarışa təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisi bu mövsüm səfərdəki 5 matçdan 4-də qələbə qazanıb (1 məğlubiyyət).
Sonda onu da qeyd edək ki, böyük ehtimalla, bu gün "Qarabağ"ın qapısını Andrey Lunyov qoruyacaq. Rusiyalı qolkiperin "Qarabağ"a qədər son klubu isə məhz "Bayer" olub....
Elnur,
Qol.az
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu
Toral zəif oyununa görə əvəzləndi - İlk hissədə
“Qara dəniz” coşdu, Salah şou göstərdi - Video
Rafinyadan het-trik
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı