"Bayer"in baş məşqçisi Xabi Alonsonun atası Migel Anhel Alonso və qardaşı Yon Alonso Leverkuzenə səfərə gediblər.
Qol.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıblar. Səfərdə məqsəd Avropa Liqasının qrup mərhələsinin "Bayer" - "Qarabağ" oyununu izləməkdir. Onlar "Bayer"in Leverkuzendəki oyununu ilk dəfə olaraq stadionda canlı baxacaqlar.
Xüsusi qonaqlar dünən Leverkuzen təmsilçisinin oyun öncəsi "Bay Arena"da keçirilən məşqində də olublar.

"Nə yaxşı ki, onlar buradadırlar. Mənim atam "Real Sosyedad"ın əfsanələrindən olub" - deyə Xabi Alonso dünən keçirilən mətbuat konfransında bildirib.
X.Alonsonun atası 1981 və 82-ci illərdə "Real Sosyedad"la İspaniya çempionu olub. O, DÇ-1982-də İspaniya millisində 5 oyun keçirib. Hazırda 70 yaşı olan ata Alonso 1980-ci illərdə "Barselona"da çıxış edib.
"Bild" nəşri yazıb ki, Xabi Alonsonun atası və qardaşı bu həftənin 5-ci gününə qədər Leverkuzendədirlər. "Qarabağ" üzərindəki qələbə onlar üçün ən yaxşı hədiyyə olacaq" - deyə qəzetin yazısında qeyd edilib.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı