"Rəqibimizin bu mövsüm göstərdiyi performans göz qabağındadır. Bundesliqanın turnir cədvəlindəki mövqeləri də bunu göstərir. Amma biz də çox yaxşı hazırlaşmışıq. Azərbaycan xalqı bizdən layiqli oyun gözləyir. Onların gücünü bilirik. Biz də bu cür oyunları çox sevirik. Bacardığımızı göstərməyi çox istəyirik. Ümid edirəm ki, bizə bəslənən ümidləri doğruldacağıq. Qənaətbəxş nəticə ilə qayıdacağımıza inanıram".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kevin Medina Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Bayer"lə (Almaniya) oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
"Müdafiənin mərkəzində oynadığım futbolçuların tez-tez dəyişməsinin mənim üçün heç bir çətinliyi yoxdur. Çünki, oyun fəlsəfəsi hamıya bəllidir. Hər gün bir yerdə məşq edirik. Bir-birimizi çox yaxşı tanıyırıq" - deyə o bildirib.
K.Medina ölkə çempionatı ilə Avropa Liqasının fərqli turnir olduğunu söyləyib: Burada tələblər də başqadır. Fərq hiss olunur. Amma istənilən halda hər iki turnirdə maksimum məsuliyyət tələb olunur. Bundesliqanın ən aparıcı klublarından birinə qarşı oynayacağıq. Bu matçda daha məsuliyyətli olmalıyıq".
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı