"Çox güclü komandaya qarşı oynayacağıq. Təkcə nəticələri ilə yox, həm də baxımlı oyunu ilə də Bundesliqada liderdirlər. "Bayer" çox bacarıqlı futbolçulardan ibarət komandadır. Rəqibin zəngin karyerası olan baş məşqçisi var. Hamımızın hörmət etdiyi bir şəxsiyyətdir. Xabi Alonso necə futbolçu olubsa, o cür də tələbkar, ciddi məşqçidir. Biz də çalışacağıq ki, diqqətli olaq, yaxşı mübarizə aparaq. Futbolçularım hazırdırlar. Sabah hər biri meydanda ən yaxşı oyunlarını göstərəcəklər".
Qol.az xəbər verir ki bu sözləri "Qarabağ"ın baş məşqçisi Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Bayer"lə (Almaniya) səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
"Hər rəqibə qarşı hazırlıq proqramı fərqlidir. "Bayer" üç fərqli sistemlə oynayır. Bəzi rotasiyalar edirlər. Həddindən artıq ciddi olmalıyıq. Tək mən yox, futbolçular da oyunun gedişində bu komandanı yaxından tanımalıdırlar. Bacardığımız qədər oyunçuları rəqiblə tanış etdik. Bu cür komandarla oyunda motivasiya vermək həm asan olur, həm də çətin. Təcrübəmizə görə daha asan olacaq. Belə oyunlarda həmişə istəmişəm ki, futbolçular daha çox döyüşsün. Bacardığımız qədər motivasiya etmişik. İnanıram ki, səhvlər olsa da, futbolçular sona qədər meydanda oyun intizamını qoruyub-saxlaya biləcəklər" - deyə o bildirib.
Mütəxəssis sabahkı matçı üçün start heyəti müəyyənləşdiyini vurğulayıb: "Demək olar ki, heyət hazırdır. Sadəcə oyunun gedişatında hansısa dəyişikliklər ola bilər".
O, Bundesliqa ən intizamlı oyun göstərən liqalardan biri olduğunu deyib: "Onlar üçün çempionat oyunu, avrokubok oyunu və ya zəif rəqibin fərqi yoxdur. Hər oyuna çox məsuliyyətli çıxırlar. Bütün sahələrdə alman intizamı var. Bu, məni narahat edən amillərdən biridir. Bunu əvvəlki rəqiblərlə oyunlarda da hiss etmişik. "Bayer" tam fərqli komandadır. Burada ispan düşüncəsi var. Topla davranışlarını yəqin ki, yaxından baxmısız, izləmisiz. Çox sürətli, topla oynamağı bacaran komandadır. Rəqibin baş məşqçisini hamımız bir lider kimi tanıyırıq. Xabi Alonso futbolda ən böyük adlardan biridir. "Bayer"in bu günə kimi olan nəticələri boşuna deyil. Biz belə oyunlarda ancaq böyüyürük. Hər işimizə real yanaşmalıyıq.Bu komandanın bacarığı, keyfiyyəti bizdən yuxarıdır. Son illərdəki təcrübəmiz bu komandaya qarşı, daha sıx, kompakt oynamağa şərait yaradacaq. Böyükhesablı məğlubiyyət olsa belə, bu cür oyunlardan çəkinmirəm. Sabah ən yaxşı oyunlarımızdan biri olacağına şübhə etmirəm".
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
"Səudiyyəyə getmək onu zəiflətmədi"
Alonso "Çelsi"dən zəmanət tələb edib
Finala vəsiqə qazanan klub casusluqda ittiham olunur
Baş məşqçinin 15 illik köməkçisi klubdan gedir
Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
“Liverpul”da qalacağıma əsaslarım var” - Arne Slot
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
DÇ-2026-nın rəsmi tərəfdaşı oldu
"Napoli" Antonio Konte ilə bağlı qərar verib
"Mançester Yunayted"in yeni formaları - Şəkillər
"Qəbələ"nin kapitanının cəzası açıqlandı
Premyer Liqanın ən yaxşı oyunçusu kim olacaq? - 8 namizəd
Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazir açıqladı
Salah qayıdır, Bekker yox
"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub
"Real"da erkən prezident seçkiləri keçiriləcək
Dambrauskas futbol tariximizə belə düşdü
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti
"Sabah" onu birdəfəlik transfer etdi
AFFA "Neftçi"nin şikayətini təmin etmədi