Rəşad Sadıqov Türkiyənin «Eskişehirspor» klubundan ayrılıb «Qarabağ»a qayıtdıqdan sonra Azərbaycan mediası bunun əsl səbəbini araşdırmağa çalışır. Təbii ki, medianın belə bir fikrə düşməsi normal haldır. Jurnalistin işi həm də nəyisə araşdırmaq, hadisənin əsl mahiyyətini üzə çıxarmaqdır.
Bizim dəyərli həmkarlarımız «Eskişehirspor»u nəyə görə tərk etməsiylə bağlı keçirdiyi mətbuat konfransında şəxsən Rəşadın özünə xeyli sual ünvanladılar. O da çox səmimi şəkildə komandadan nəyə görə ayrılmasına aydınlıq gətirdi. Nə deyibsə, onları təkrarlamağa lüzüm görmürük. Maraqlananlar bu linkə (<http://qol.az/new/?name=xeber&news_id=19167>) daxil olmaqla Rəşadın fikirləri ilə tanış ola bilərlər.
Mətləbi çox uzatmadan gələk əsas məsələyə. Son günlər bəzi media orqanları və özünü məşqçi sayan, adını futbol mütəxəssisi qoyan adamlar camaatı inandırmağa çalışırlar ki, vallah-billah, bəs, Bülənt Uyğun Rəşad Sadıqovu ona görə əsas heyətdə oynatmayıb ki, o, Bakıda Türkiyə millisinin qapısına qol vurub. Yəni guya Bülənt hoca və onun ətrafındakılar Rəşad Sadıqovdan intiqam alıblar. Son olaraq belə iddiada bulunan şəxs Azərbaycana yetərincə istedadlı futbolçu bəxş edən Vaqif Paşayev olub. Yaxından tanımayanlar üçün deyək ki, Rəşad Sadıqov da Vaqif müəllimin yetirməsi olub.
Bu gün mətbuata açıqlamasında Paşayev Sadıqovun «Eskişehirspor»dan ayrılmasına münasibət bildirərkən baltanı lap kökündən vurub. Onun bu «qiymətli» və «dəyərli» fikirləri ilə sizə də tanış edirik: «… Mən o fikirlə razı ola bilmərəm ki, Rəşad kimdənsə zəif oynayıb və buna görə ehtiyat oyunçular skamyasına salınıb. Xeyr. Mən bunun səbəblərini Azərbaycan - Türkiyə oyununda axtarmaq istəyirəm. Məhz həmin oyunda vurduğu qol Rəşadın Türkiyə karyerasının üstündən xətt çəkdi. Mən bu fikri daha öncə də demişəm və kim necə düşünür-düşünsün, yenə də dediyim sözlərin üzərində dayanıram. Hələ oyun günü Türkiyəyə qol vuranda dedim ki, Rəşad artıq «Eskişehirspor»dakı yerinə itirdi. Başqa səbəb görmürəm».
Bravo Vaqif müəllim! Bravissimo, cənab Paşayev!
Hər şey ağlımıza gələrdi, amma bu fikirləriniz… Adını futbol mütəxəssisi qoyan adam görün səbəbi harda tapıb: «Hələ oyun günü Türkiyəyə qol vuranda dedim ki, Rəşad artıq «Eskişehirspor»dakı yerinə itirdi».
Həmişə demişəm, indi bir daha sübut olunur ki, Azərbacanda özünü futbol mütəxəssisi adlandıranlar nə dediklərinin və nə danışdıqlarının fərqində deyillər.
Söhbət təkcə Paşayevdən getmir. Mən bu sözləri kiçik istisnalar olmaqla Azərbaycanın əksər futbol mütəxəssislərinə şamil edirəm.
Ən qəribəsi isə odur ki, bütün günü millətə öyüd-nəsihəd dərsi keçməyə can atan bəzi gülməşəkər qəzetçikçiklər də təxminən Paşayev kimi düşünürlər.
Əzizlərim, Türkiyə ilə oyunun üstündən çox yox, cəmi dörd aydan bir az vaxt keçib, olanları yadınıza salın. Yox, əgər yaddaş sarıdan probleminiz varsa, onda xatırlamaq bizim vəzifəmizdir: Türkiyə ilə oyuna qədər Rəşad Sadıqov ehtiyat oyunçular skamyasında oturub, həm Rza Çalımbayın, həm də Bülənt Uyğunun dönəmində. Bakıda Türkiyənin qapısına qol vurduqdan sonra, bəli, məhz həmin o gözəl qoldan sonra Bülənt Uyğun Rəşadı «Eskişehirspor»da əsas heyətdə oynatmağa başlayıb. Yəni bu gün iddia olunduğu kimi, Rəşad ehtiyatda oturmayıb, əksinə əsas heyətdə çıxış edib. «Fənərbaxça» kimi Türkiyə nəhəngi ilə matçda da Bülənt Uyğun Rəşadı ilk «onbirliyə» daxil edib. Həmin oyunda «Eskişehirspor» 2:4 hesabı ilə məğlub olub və bu oyunda Rəşad zədələnib. Sonra o özü şəxsən etiraf edib ki, buraxılan 4 qolda onun səhvləri az olmayıb. Bundan sonra isə Rəşad zədəsi səbəbindən uzun müddət meydana çıxa bilməyib, Bülənt Uyğun isə Sadıqova əvəzləyici tapıb.
Rəşadın Azərbaycana qayıtmasının min bir səbəbi ola bilər, təkcə, bəhs etdiyimiz bu cəfəng iddiadan başqa.
Bilmirəm, bu adamların dərdi-azarı nədir? Hər şey qalıb qıraqda, başlayıblar türklər haqda hədyanlar danışmağa.
Türk malınızın dalına keçib? Ya bəlkə, inkişaf etməyinizin qarşısını alıb?
Türkiyənin qapısına qol vurmuş neçə-neçə oyunçu həmin ölkənin superliqa klublarında həm əsas heyətdə oynayıblar, həm də ehtiyata düşüblər. Gün gəlib, o futbolçuları komandadan qovublar da.
Belə çıxır ki, Türkiyənin qapısına kim qol vurursa, çıxış etdiyi klubdan qovulur?
Adınızı peşəkar qoymusunuzsa, bir balaca məsuliyyətiniz də olsun.
Heç olmasa, bundan sonra gülüş obyektinə çevrilməyin.
ELNUR
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı