"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasovun Qol.az saytına müsahibəsi
- Misli Premyer Liqasının son turunda "Qarabağ"dan xal almağı (2:2) bacardınız. Yəqin ki, bu xal özünəinam baxımından da çox vacib idi...
- "Qarabağ"a qarşı oynamaq hər bir komanda üçün çətindir, elə bizim üçün də. Öz azarkeşlərimiz qarşısında yaxşı çıxış etmək, xal qazanmaq istəyirdik. Çətin, amma maraqlı matç oldu. İnanıram ki, azarkeşlərimizi sevindirə bildik. Əlbəttə ki, bizim üçün 1 xal vacibdir. Çünki hazırda çempionat elədir ki, hər xal önəmlidir. Bundan sonra daha yaxşı oynamaq lazımdır.
- Ayxan bəy, Misli Premyer Liqasında artıq 10 tur geridə qalıb, "Turan Tovuz" 6-cı pillədə qərarlaşır. Ümumiyyətlə, Premyer Liqadakı gedişatı necə dəyərləndirərsiniz?
- Biz mövsüm başlamazdan əvvəl də düşünürdük ki, çempionat gərgin keçəcək. Çünki klublar böyük transferlər etmişdilər. Görünürdü ki, bu mövsüm ötən mövsümdən fərqli olacaq. "Turan Tovuz"un da heyətində dəyişikliklər olub. Yeni futbolçular gəldi. Ötən ildən fərqli olaraq, biz bu il futbolçularla 1 yox, 2 illik müqavilələr imzalamışıq. Yəni, bu komandanı möhkəmləndirmək istəyirik. Çempionat hələ davam edir. Vəziyyəti normal dəyərləndirirəm. Bundan daha yaxşı da ola bilərdi. Deməli, daha da inkişaf etməliyik.
- Komandada hər şey istədiyiniz kimidirmi?
- Əlbəttə. Bu gün biz həm klub olaraq, həm də komanda olaraq inkişaf edirik. Oyun baxımından isə futbolçular birlikdə nə qədər çox vaxt keçirsələr, bir-birlərini o qədər yaxşı başa düşəcəklər. Oyundan-oyuna görünür ki, bu, bizdə yaxşı alınır. Klub olaraq inkişaf etməyi hədəfləmişik.
- Bəs, nəticə baxımından "Turan Tovuz"un hazırkı hədəfi, məqsədi nədir?
- Premyer Liqada möhkəmlənsək, inkişaf edəcəyik. Biz də qarşımıza məqsəd qoymuşuq ki, bacardığımız qədər yuxarı pillələrdə olaq, mübarizə aparaq. Orta pillələrdə qərarlaşsaq, daha yaxşı olar, futbolçularda inam artar. Bu gün ola bilər ki, xüsusən hansısa pillə bizim üçün önəm kəsb etməsin. Amma bəzi vacib məqamlar var ki, onların üzərində işləyirik.
- Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev jurnalistlərə müsahibəsində bildirmişdi ki, stadionun ot örtüyünün dəyişdirilməsi ilə bağlı AFFA-ya müraciət edilib. Süni ot örtüyü futbolçulara, komandanın oyununa nə dərəcədə problem yaradır?
- "Huner Group" bizim sponsorumuz olduqdan sonra klubda çox şey dəyişib. Bilirsiniz ki, "Turan Tovuz" 9 il sonra, çətinliklə də olsa Premyer Liqada oynamağa başladı. Futbolçular əzmkarlıq göstədilər, neçə illər Premyer Liqada oynayan komandalardan daha yaxşı çıxış etdilər. Çox dəyişikliklər baş verib. İşıqlandırma sistemi də bizim üçün vacib idi. Yay aylarında isti hava şəraitində oynamaq bizə çox çətinlik yaradırdı. Tablo quraşdırıldı, bazada yeniliklər oldu. Həmçinin yeni bir yer alındı. Orada meydançalar hazırlanacaq. Bu olmalıdır ki, indi oynadığımız meydanın ot örtüyü dəyişdirilsin. Klub rəhbərliyi çalışır. Çox istəyirik ki, artıq qarşıdan gələn mövsümdə təbii örtüklü meydanda oynayaq. Çünki həqiqətən də buna ehtiyac var. Süni ot örtüklü meydanda futbolçular daha çox zədələnirlər. Oyunçular da təbii ot örtüklü meydanda çıxış etmək istəyirlər. Çünki bu, onlar üçün də yaxşıdır.
- "Turan Tovuz" “Qarabağ”la keçirilən oyundakı mübahisəli epizodlarla bağlı etiraz bəyanatı yaydı...
- Klub olaraq fikrimizi bildirdik. Rəhbərlik bu qədər vəsait ayırır. Başa düşürük, gənc hakimlər səhvlər edə bilərlər. Amma bu səhvlər komandaya böyük bir zərbə vurur. "Qarabağ"la matçda daha təmkinli davranmaq lazım idi. AFFA həqiqətən də böyük vəsait ayırıb, VAR sistemi gətirib. Bundan istifadə etməliyik. Top havada olanda oyunu saxlayırsansa... Bilmirəm. Bu, komandaya pis təsir edir. Penalti epizodunda VAR-a baxılmırdı. Belə hallar çox oldu. Biz də klub olaraq qərar verdik ki, etiraz edək, hakimlər daha diqqətli olsunlar. Klub üçün hər bir xal vacibdir.
- Türkiyənin məşhur siması, aparıcı, eyni zamanda iş adamı Acun Ilıcalı ilə “Turan Tovuz” rəhbərliyinin görüşü oldu. Bu barədə təəssüratlarınız necədir?
- Acun Ilıcalı futbol adamıdır. Bu gün İngiltərədə klub sahibidir. Bəli, o, Bakıya səfərində "Huner Group"da da oldu. Ehtiram Quliyevlə "Turan Tovuz" haqqında da söhbət etdilər. Bu, təbii ki, bizim üçün xoşdur. Acun bəyin sahibi olduğu "Hall Siti" klubu ilə "Turan Tovuz" arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq əldə olunub.
- Bu əməkdaşlıq "Turan Tovuz"a nə verə bilər?
- Razılaşdıq ki, məşqçilər və rəhbərlik "Hall Siti"nin qonağı olsun, onların iş prosesinə baxaq. Bu, bütün klublara lazımdır. Biz Avropa klubları ilə əməkdaşlıq etməli, onların təcrübəsindən yararlanmalıyıq. Çünki belə şeylər inkişafa aparır. "Turan Tovuz" da inkişaf etmək istəyir. Gələcəkdə iddialı komandaya çevrilməyi planlaşdırırıqsa, yaxşı bünövrə qoymalıyıq. Müvəqqəti uğurlar tez gözdən itir. Gələcəkdə istəyirik ki, məşqçilərimiz, futbolçularımız "Hall Siti"yə yollansınlar.
- Azərbaycan millisin oyunlarına da toxunaq. Yığma Avro-2024-ün seçmə mərhələsində Estoniyaya qalib gəldi, Avstriyaya uduzdu. Hazırda komandanın 4 xalı var və 4-cü yerdədir. Sizcə, həqiqətən də De Byazinin dediyi kimi, millidə inkişaf varmı?
- Biz xala baxaraq, nəsə deyə bilmərik. Çünki əvvəllər bundan da çox xal topladığımız olub. Bu gün həqiqətən də yığmanın yaxşı heyəti var. Artıq çox sayda futbolçumuz legioner həyatı yaşayır. Onlar həm də öz klublarında stabil çıxış edirlər. Məsələn, Renat Dadaşovu. Mahir Emrelini, Musa Qurbanlını misal çəkmək olar. Renat dünən "Fənərbaxça"ya qarşı çox yaxşı oynadı. Bu da o deməkdir ki, həmin futbolçuların milli komandamıza faydası dəyəcək.
- Siz də qeyd etdiniz ki, millidə legioner həyatı yaşayan futbolçuların sayı artıb. Elə isə inkişafa nə mane olur?
- İstəyərik ki, millimiz daha çox xal qazansın. Amma həmişə demişəm, bir sistem yaratmaq, sistemin üzərində işləmək lazımdır. Ola bilər ki, 1 il, 2 il çətinlik yaransın, amma sonra hər şey qaydasına düşər. Yığma komanda daha yaxşı oynaya bilər.
- Bəs uğursuz nəticələrdə baş məşqçi faktoru hansı yeri tutur?
- Hər şeyi sırf baş məşqçinin üzərinə atmaq da düzgün deyil. Vaxt, zaman lazımdır. Hansısa bir sistemin üzərində çalışsaq, o, nəticə verəcək. Amma bu gün görünür ki, o sistem yoxdur. Biz ancaq nəticəni fikirləşirik. İstəyirik ki, turnir cədvəlində kimdənsə irəlidə olaq. Moldova millisi 2-3 il əvvəl heç xal qazana bilmirdi. Amma onlar futbolçuların üzərində işləyirlər, öz sistemlərini qurmağa çalışırlar. Bu gün Polşa kimi iddialı komandalarla heç-heçə edirlər, 9 xalları var. Milli komanda daha uğurlu çıxış etsə, legioner həyatı yaşayan futbolçuların da sayı artacaq. Biz hansı sistemi qurmaq istəyiriksə, ona uyğun məşqçi də tapmalıyıq. Həmçinin o məşqçiyə güvənmək lazımdır. Hər kəs ona kömək etməlidir. Əlbəttə ki, oyun sistemini məşqçi qurur. Amma bu komanda nə istəyir, məqsədi nədir, ona uyğun məşqçi tapılmalıdır. Uzun prosesdir.
- Ayxan bəy, "Qarabağ" 3 gün sonra Avrop Liqasında Almaniya "Bayer"i ilə qarşılaşacaq. Bu oyun haqda fikirləriniz necədir? Ümumiyyətlə, bu mövsüm "Qarabağ"dan avrokuboklarda gözləntiləriniz nədir?
- Mənə elə gəlir ki, bu mövsüm "Qarabağ"ın ən böyük sınağıdır. Mən də "Bayer"lə oyunu maraqla gözləyirəm. Çünki bu gün "Bayer" Avropada ən yaxşı formada olan komandalardan biridir. "Qarabağ" da uğurlu çıxış edir. İnanıram ki, "Qarabağ" yaxşı mübarizə aparacaq.
- "Qarabağ" artıq 2 oyundan sonra maksimum nəticə göstərərək 6 xal toplayıb. Sizcə, komandanın qrupdan çıxmaq şansı nə qədərdir?
- 6 xal qrupdan çıxmağın 60-70 faizinin təminatıdır. Bizə lazımdır ki, "Molde"yə, "Hekken"ə məğlub olmayaq. Məncə, "Qarabağ" çox yaxşı başlayıb. Bu gün çox yaxşı formadadırlar. İnanıram ki, qrupdan çıxmağı bacaracaqlar. Azərbaycan futbolu adına yeni uğurlar qazana bilərlər.
- Növbəti turda Qərb derbisi olacaq. "Kəpəz"lə üz-üzə gələcəksiniz. Son olaraq bu oyun haqda fikirlərini bilmək istərdik.
- Qərb derbisinə həmişə maraq olur. Azarkeşlər bu oyunu səbrsizliklə gözləyirlər. Çətin matç keçəcək. "Kəpəz" son oyunda lider "Zirə"dən xal aldı. Bu komanda turnir cədvəlində sonuncu pillədə olsa da, oyun baxımından bütün rəqiblərə qarşı yaxşı mübarizə aparır. Oyuna yaxşı hazırlaşacağıq.
Nur Zeynalova
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu