İtaliyanın "Tutto Atalanta" nəşri Avropa Liqasında bu mövsüm ən yaxşı çıxış edən klublardan yazıb.
Qol.az xəbər verir ki, yazıda "Qarabağ"ın H qrupunda 2 oyundan 6 xal toplamasına da yer verilib: “Atalanta”, “Liverpul”, “Roma”, “Bayer" Leverkuzen, “Vest Hem”, “Slaviya" Praqa və “Qarabağ” mümkün 6 xaldan hamısını toplayaraq iki turdan sonra parlaqlaşıblar. Onların mükəmməl çıxışı qrup mərhələsində dominantlıq etmək niyyətindən xəbər verir.
G və H qrupları deyəsən, artıq liderlərini müəyyən ediblər: bir tərəfdə “Roma” və “Slaviya”, digər tərəfdə “Bayer” və “Qarabağ”. Bu arada "Liverpul" “Tuluza” və “Union”u geridə qoyaraq, öz qrupunda liderliyə yüksəlib".
Qeyd edək ki, "Qarabağ" H qrupunda 6 xalla 2-ci pillədə qərarlaşıb. Komanda lider "Bayer"lə eyni xala malikdir.
Xatırladaq ki, Ağdam təmsilçisi Avroliqanın qrup mərhələsinin ilk iki turunda "Molde" və "Hekken"ə 1:0 hesabı ilə qalib gəlib.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı