"Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla vacib üç xal əldə etdik. Oyunçular çox əziyyət çəkdilər, amma sonadək dözdülər, matçı tam idarə edə bildilər. Mən dünən də bildirmişdim ki, "Hekken"in özünəməxsus oyunu var. Bəzi epziodların qarşısını ala bilmədik, amma futbolçular oyunu idarə edə bildilər. Azarkeşlərimizə də təşəkkür edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə "Hekken"ə qalib gəldikləri matçdan (1:0) sonra təşkil olunan mətbuat konfransında deyib.
O, qeyd edib ki, futbolçuları tapşırıqları demək olar ki, tam yerinə yetiriblər: "Ümumən pis alınmadı. Rəqibin topla yaxşı davranan və sürətli oyunçuları var. Bəzi epizodlarda onları gözdən qaçırdıq. Biz get-gedə oyunu daha da ələ ala bildik. Məncə, qalib gəlmək istəyiriksə, hər bir rəqibə qarşı daha diqqətli və aktiv olmalıyıq. Futbolçular bəzi epizodlarda düzgün oynamadıqlarını başa düşdülər. Gələcəkdə daha üstün çıxış etsək, yaxşı olar. Amma ümumən oyundan razı qaldım".
Mütəxəssis 3-cü və 4-cü turda qrupun və Bundesliqanın lideri "Bayer"ə qarşı keçirəcəkləri matçlar haqqında da fikirlərini bölüşüb: "Hər matçda daha ciddi olmalıyıq. Uğur əldə edirsənsə, rəqiblər sənə qarşı daha ciddi hazırlaşır. Həmişə güclü rəqiblərə qarşı oynamağımızı istəmişəm. Çünki bu, əlavə bir təcrübədir, həmişə bizə faydalı olacaq. "Bayer" də həm Bunesliqada, həm də Avroliqada ən pik formasındadır. Öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Rəqibi tam yaxından analiz edəcəyik. İnanıram ki, yaxşı oyun və mübarizə göstərəcəyik".
Baş məşqçi müdafiəçi Bədavi Hüseynovun Maksim Medvedevlə əvəzlənməsinin səbəbini də açıqlayıb: "Bədavinin əzələsində ağrı oldu. Özü əvəzlənməsini istədi".
O, Maksim Medvedevin qapıya gedən topun qarşısını aldığı epizodu şərh edərkən deyib: "Bu, hər futbolçunun etməli olduğu işdir, üzərinə düşən vəzifədir. Maksim də işin öhdəsindən gəldi. Amma belə şeylər futbolçunun üstün keyfiyyətini göstərir və komandanın özünəinamını artırır".
Q.Qurbanov "Bu gün erməni təxribatı gözlənilirdi. Bu, futbolçulara necə təsir edir" sualını da cavablandırıb: "Belə şeylər olanda biz həmişə daha inamlı olmuşuq. Biz peşəkarıq. İşimiz meydanda futbol oynamaqdır. Hər oyunda təxribatların qarşısını almaq üçün UEFA tədbirlər görür. Düzdür, bəzi hallarda təxribat baş verib. Bu ölkədə hər şey bizim üçün xoş oldu. Bizim üçün heç bir vətəndaşın fərqi yoxdur, hamıya hömətlə yanaşırıq. Həmişə başımız dik olub. Bu cür hallar bizə təsir etmir".
Baş məşqçi zədəli futbolçusu Marko Veşoviçdən də danışıb: "Bir aya hazır olacaq. Hazırda o mövqedə Mateus oynayır. Onun komandaya faydası çoxdur. Tapşırıqları layiqincə yerinə yetirir. Bəzən böyük oyunlarda təcrübə vacibdir".
O, digər zədəli futbolçusu Bəhlul Mustafazadənin vəziyyəti haqda isə bunları deyib: "Ayağında sınıq var idi. Sağalması vaxt tələb edir".
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır