Rednik "Neftçi" və "Bakı"ya sataşdı

Rednik "Neftçi" və "Bakı"ya sataşdı
ÖLKƏ FUTBOLU 20 Fevral 2011 / 21:13 3352
-  A +

"Qələbə qazandığımıza görə sevinirəm. Çünki qarşımızda yaxşı təşkilatlanmış komanda var idi". Qol.Az-ın xəbərinə görə, bunu "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik AZAL üzərində 2:1 hesablı qələbə qazandıqları oyundan sonra deyib. 

O, yaxşı komanda yaratdığına görə rəqib həmkarı Nazim Süleymanovu təbrik edib: "AZAL"ın 5-6 oyununu izləmişəm, xüsusilə də son oyununu. Bu gün AZAL bizə çox problemlər yaratdı, nə "Bakı", nə də "Neftçi" bizə belə problemlər yaradıb".

Rednik "Xəzər Lənkəran"a yaxşı oyunçular dəvət etdiyini, lakin hələ istənilən oyunu tam göstərmədiklərini vurğulayıb. Rumıniyalı mütəxəssis komandada xətlərarası problemlərin olduğunu söyləyib: "Əsas məsələ "Neftçi"dən aralanmamaq idi, bunun öhdəsindən gəldik. Heyətimizdə belə səviyyəli oyunçuların olması yaxşıdır, bizi irəlidə daha ağır oyunlar gözləyir, bu futbolçulara ehtiyacımız olacaq. Azarkeşlərə stadionda möhtəşəm ab-hava yaratdıqlarına görə təşəkkür edirəm, onların dəstəyi ilə komandamız daha da irəli getməyə çalışacaq".

Daha çox


Son xəbərlər