"Həftəboyu yaxşı hazırlaşmışıq. "Hekken" çox yaxşı komandadır. Sürətli, keyfiyyətli oyunları var. Amma bütün bunlara baxmayaraq, bura inamlı gəlmişik. Yaxşı nəticə qazanaraq Azərbaycana xoşbəxt qayıtmaq niyyətindəyik".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Hekken"lə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
O, Ağdam təmsilçisinin böyük klub olduğunu söyləyib:"Böyük klub da təzyiq deməkdir. Ona görə bunu dərk edirik. Bilirəm ki, bizim komandadan gözləntilər yüksəkdir. Hamı yaxşı nəticə gözləyir. Məşqlərdə həmişə səylə çalışıram. Təbii ki, inkişaf etmək niyyətindəyəm. Komanda olaraq azarkeşlərimizi sevindirməyə çalışırıq. Əlimdəm gələni edirəm ki, yerimdə saymayım".
Qeyd edək ki, sabah keçiriləcək "Hekken" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı