Mətbuatda Rusiyanın “Spartak” klubunda çıxış edən azərbaycanlı futbolçu Emin Mahmudovun Azərbaycan yığmasına dəvət olunması istiqamətində danışıqlara başlanıldığı bildirilir. Xatırladım ki, Azərbaycanın Salyan rayonundakı Krasnoselskoe kəndində anadan olan Mahmudov hazırda Moskvada yaşayır.
19 yaşlı yarımmüdafiəçi ötən ay “Spartak”la uzunmüddətli müqavilə bağlayıb. Gənc və perspektivli oyunçu millimizdə çıxış etməyə razı olsa, komandamıza böyük fayda verə bilər. Hələlik Mahmudovla danışıqların başlanıldığı barədə AFFA-dan rəsmi açıqlama verilmir.
Lakin baş məşqçi Berti Foqts federasiyanın rəyini öyrənmədən onun millimizdə çıxışına veto qoyub: “Siz əvvəl istəyirdiniz ki, Azərbaycanda futbolçu tapaq. İndi də Avropada. Biz xaricdə oynayan azərbaycanlı futbolçuları axtarmağa başlamışıq. Ancaq futbolçunun Azərbaycan yığmasında oynamağı ürəkdən gəlməlidir. O, yığmanı sevib, gəlməlidir. Formasının üzərindəki emblemi öpməlidir”.
Foqts hətta Azərbaycana Mahmudovdan daha çox bağlı olduğunu nümayiş etdirməyə çalışıb. O, əyninə geyindiyi millimizin formasını göstərib və deyib: “Futbolçu fəxr etməlidir ki, ölkəsinin yığmasında oynayır. Millisi üçün oynamalıdır. Soruşun, bəlkə Emin Azərbaycan üçün oynayıb?”
Lakin almaniyalı mütəxəssisin özü də ölkəmizə sevgisi ilə çox öyünə bilməz. İlin çox hissəsini vətənində keçirən, Azərbaycana isə təlim-məşq toplantıları və oyundan-oyuna gələn Foqtsun nadir tapıntılardan birinin üstündən xətt çəkməsi, əvəzində dağıstanlı, ukraynalı və ya braziliyalı legionerə güvənməsi qəbulolunmazdır. Əlbəttə, o və sələfləri millimizi gücləndirə bilsəydi, nəinki Emin Mahmudov, hətta Aleksandr Səmədov da indi ölkəmizin şərəfini can-başla qoruyardılar. Türkiyə Futbol Federasiyası Məsut Özilə “ay-ulduzlu” forma geyindirmək üçün son anadək mübarizə apardı. Baxmayaraq ki, Özil hər dəfə Türkiyənin təklifinə etinasızlığını nümayiş etdirirdi. Nəhayət, Almaniya millisinin heyətində meydançaya çıxdı və məsələyə nöqtə qoyuldu.
Amma AFFA rəhbərliyi Emin Mahmudovla bağlı danışıqlara başlar-başlamaz Foqts onun üstündən xətt çəkir. Sanki vətəni Almaniyada xeyli azərbaycanlı futbolçu kəşf edibmiş. Qurmaq yıxmaqdan çətindir. Foqts yığmamızdakı fəaliyyəti dövründə komanda quruculuğunun necə çətin olduğunu çox yaxşı anlayıb. Lakin danışıqların getdiyi belə həssas məqamda məsuliyyətsiz açıqlama ilə bütün ümidlərin üstündən xətt çəkməyə cəhd edir. Unudur ki, sabah o özü yığmamızın sükanı arxasında olmaya bilər. Bir başqası Mahmudovu dəvət etmək istədikdə isə gec olar.
AFFA-dan fərqli olaraq, Rusiya Futbol İttifaqı (RFS) məsələyə operativ reaksiya verib. RFS-in idman direktoru Nikolay Pisares bildirib ki, Mahmudov Rusiya millisi üçün daha faydalıdır. Onun fikrincə, gənc futbolçunu elə Rusiya yığmasında saxlamaq lazımdır: “Mahmudovun yaxşı gələcəyi var. Əlbəttə, onu Rusiya üçün saxlamaq lazımdır. Biz də buna çalışırıq”.
Azərbaycanlı futbolçunun özü isə son proseslərə heç bir reaksiya verməyib. Amma o, “Spartak”la müqavilə bağladığı vaxt yığmamızda çıxış edə biləcəyinə dair ümid verib. Ondan Rusiya, yoxsa Azərbaycan yığmasını seçəcəyini soruşduqda, belə reaksiya verib: “Belə çətin suala cavab verməyi sevmirəm. Futbolu oynamağa və öyrənməyə Rusiyada başlamışam. Azərbaycan isə mənim vətənimdir. Hər iki ölkə mənə doğmadır”.
Lakin futbolçu seçim etməyə vaxtının olduğunu da əlavə edib. Mahmudovun fikrincə, hazırda onun üçün ən əsası, Rusiya çempionatında uğurla çıxış etməkdir. Çünki həmyerlimizin adı “Spartak”ın Avropa Liqası üçün sifariş ərizəsinə daxil edilməyib.
Yəni, Mahmudov kimi futbolçunu Azərbaycan yığmasına gətirmək şansı qalıb. AFFA rəhbərliyi də bunu yaxşı anlayır.
Elşən MƏMMƏDOV
lent.az
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər