UEFA "Qarabağ"la "Mölde" (Norveç) arasında keçiriləcək Avropa Liqasının qrup matçı ilə bağlı yazı hazırlayıb.
Qol.az xəbər verir ki, Azərbaycan çempionunun bu oyunla AL-in qrup görüşlərinə start verəcəyi xatırladılıb. "Azərbaycan çempionu Norveçin ən güclü komandasını qəbul edir" - deyə yazıda vurğulanır.
Bu, hər iki komandanın Avropa kuboklarında bir-biri ilə ikinci qarşılaşması olacaq. Daha əvvəl Çempionlar Liqasının bir oyundan ibarət üçüncü mərhələsində bu komandalar Larnakada (Kipr) üz-üzə gəliblər. "Mölde" penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək "pley-off"a vəsiqə qazanıb. Həmin oyunda "Qarabağ"ın oyunçusu Bədavi Hüseynov həlledici altıncı penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
"Qarabağ" indiyədək Norveç klubları ilə 3 dəfə qarşılaşıb və heç birində uduzmayıb ("Mölde"yə penaltilər seriyasındakı məğlubiyyətlə nəticələnən oyun rəsmi olaraq heç-heçə kimi qeydə alınıb). Azərbaycan çempionu 2009/10 mövsümündə Norveçin "Rusenborq" komandası ilə qarşılaşıb. Səfərdəki ilk oyun 0:0, Bakıda matç isə "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yazıda "Qarabağ"ın Avropa kuboklarındakı çıxışları ilə bağlı ətraflı statistika verilir. Həmçinin Qurban Qurbanovun komandasının son 12 ev oyununda uduzmadığı da qeyd edilir (evdə son məğlubiyyət Konfrans Liqasının 1/16 final mərhələsində (24 fevral, 2022) "Marsel"lə oyunda qeydə alınıb (0:3) - red.).
"Mölde"
Bu komanda AL-in qrupuda 4-cü dəfə çıxış edəcək. Onların yarışda ən yüksək göstəricisi 2020/21 mövsümündə 1/8 finala çıxmaq olub. Bu, klubun avrokuboklardakı ən yaxşı nailiyyətidir.
Ötən mövsüm "Mölde" Konfrans Liqasının qrup mərhələsində çıxış edib və üçüncü yeri tutub (ilk yer "Gent", ikinci yer "Yurqorden").
2022-ci ildə "Mölde" Norveç çempionu olub. Onlar bu mövsüm Çempionlar Liqasında birinci mərhələdə Finlandiyanın HİK (0:1 səfərdə, evdə 2:0), sonra Farer adalarının "Klaksvik" (1:2 səfərdə, evdə 2:0 əlavə vaxtda) komandalarını mübarizədən kənarlaşdırıb. "Pley-off"da isə "Qalatasaray"a uduzub (2:3 evdə, 1:2 səfərdə).
"Mölde" Avropa kuboklarındakı son 12 səfər matçının 8-də uduzub, 3-də qalib gəlib, 1-də heç-heçə edib.
Komandaların bir-biri ilə əlaqələri
"Qarabağ"ın kapitanı Maksim Medvedev Azərbaycan millisində ilk qolunu DÇ-2018-in seçmə mərhələsində Norveçə vurub. Bu görüş 2016-cı ilin 8 oktyabrında keçirilib və Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin həmin seçmə mərhələdə Norveçə qarşı səfər matçında isə "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov qırmızı vərəqə alıb. Norveç bu oyunda milli komandamızı məğlub edib (2:0).
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır