İngiltərə Premyer Liqa klubu satıldı

İngiltərə Premyer Liqa klubu satıldı
DÜNYA FUTBOLU 15 Sentyabr 2023 / 13:31 3349
-  A +

İngiltərə Premyer Liqa təmsilçisi "Everton"un sahibi dəyişib.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun yaydığı açıqlamada bildirilir. "Everton"un sahibi Fərhad Moshiri klubun 94 faizlik hissəsini Mayaminin "777 Partners" investisiya şirkətinə satıb. "777 Partners" "Sevilya" (İspaniya), "Herta" (Almaniya) və "Standard" (Belçika) klubunun da səhmdarları arasında yer alır.

2016-cı ildə "Everton"u alan Fərhad Moshiri ilin sonunadək klubu yeni səhmdara təhvil verməlidir.


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner