Azərbaycanın aparıcı idman portalları «Neftçi» klubunun vitse-prezidenti Tahir Süleymanovla bağlı yazılara qadağa qoyublar. Qol.Az-ın əldə etdiyi məlumata görə, son vaxtlar Süleymanovun adının idman saytlarında, eləcə də bəzi mətbuat orqanlarında az-az hallanması və ya ümumiyyətlə hallanmaması məhz bunun nəticəsidir.
Məlumatda qeyd olunur ki, jurnalistlərin belə bir addım atmasına Süleymanovun media mənsublarına qarşı qeyri-səmimi münasibəti səbəb olub. O da bildirilir ki, Antalyada təlim-məşq toplanışında olarkən bir qrup jurnalistin «Neftçi»nin düşərgəsinə baş çəkərkən Süleymanovun qonaqpərvərlikdən uzaq davranışı münasibətlərin daha da soyumasına gətirib çıxarıb. Əldə etdiyimiz məlumata görə, "Neftçi"nin Kiyev «Arsenal»ı ilə yoxlama görüşü zamanı həmkarlarımızın klub rəsmilərinin yaxınlığında əyləşməsi Süleymanovun bərk narahatlığına səbəb olub. Amma nəyə görə? Bunu kimsə izah edə bilməyib.
Həm bu, həm də buna qədər olan hadisələrə görə jurnalistlərin bəziləri yazılar və xəbərlərdə ümumiyyətlə, Tahir Süleymanovun adını çəkməmək qərarına gəliblər.
Bu səbəbdən media mənsubları «Neftçi»yə aid məsələləri artıq vitse-prezidentdən deyil, jurnalistlərə qarşı isti və səmimi münasibəti olan klubun prezidenti Sadıq Sadıqov və Mətbuat və İctimaiyyətlə Əlaqəlar Departamentinin rəhbəri Elnur Əşrəfoğludan dəqiqləşdirirlər.
Mətbuatın Süleymanovun personasına çox diqqət göstərməməsinə digər səbəbi kimi isə onun hətta qeyri-rəsmi söhbətlərdə belə özünü çox soyuq və rəsmi aparması, media nümayəndələrinə qaynayıb-qarışmaması göstərilir.
Süleymanovla bağlı embarqonun nə vaxta qədər davam edəcəyi isə bilinmir.
Qol.Az-ın əldə etdiyi məlumata görə, aparıcı idman saytları hələ uzun müddət bununla bağlı qərarlarını dəyişmək niyyətində deyillər.
Qeyd edək ki, bu xəbərin dəqiqliyini təsdiq edən ən son hadisə bu yaxınlarda baş verib. Belə ki, «Xəzər Lənkəran»la oyundan əvvəl «Neftçi» rəhbərliyi, məşqçilər və futbolçuların azarkeşlərlə görüşündən bəhs edən və klubun rəsmi saytının yaydığı xəbərdə jurnalistlər Süleymanovun adını ixtisar ediblər.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi