Emin Mahmudov Avroliqadan kənarda qaldı

Emin Mahmudov Avroliqadan kənarda qaldı
ÖLKƏ FUTBOLU 17 Fevral 2011 / 12:49 2346
-  A +

Avropa Liqasının 1/16 final mərhələsində «Bazel»lə qarşılaşacaq Moskvanın «Spartak» klubu təlim-məşq toplanışı keçirdiyi Türkiyənin Antalya şəhərindən İsveçrəyə yola düşüb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Valeri Karpin bugünkü matça 18 futbolçu aparıb.

Həmin futbolçular sırasında azərbaycanlı Emin Mahmudovun adı yoxdur.

Klubun rəsmi saytı Eminin Antalyada xüsusi proqram üzrə məşqlər etdiyini və onun adının bu mövsüm üçün Avroliqanın iştirak ərizəsinə salınmadığını söyləyib.

Daha çox


Son xəbərlər