“Bakıda çox yaxşı oyun keçirdik. Pis çıxış etdiyimiz bir ev matçından sonra sübut etdik ki, özümüzü toparlaya bilərik. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı".
Qol.az nkolimpija.si-yə istinadən xəbər verir ki, bu sözləri "Olimpiya"nın baş məşqçisi Joao Enrikes Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı Bakıda keçirdikləri cavab matçı (1:1, ilk oyun - 0:2) haqda danışarkən deyib.
Mütəxəssis görüşün referisi, ispaniyalı hakim Alexandro Ernandesin qərarlarından narazı qaldığını bildirib: "Hakimin bəzi qərarları var idi ki, razı qalmadım. Məsələn, meydan sahibləri üçün penalti qərarı verdi. Amma bu epizod şübhəli idi. Mən qərarla razılaşmıram".
O, turnirdə mübarizəni dayandırmaqlarına baxmayaraq, komandası ilə fəxr etdiyini deyib: "Amma bunu deməliyəm ki, futbolçularımla qürur duyuram. Onlar öz işlərini gördülər. Sübut etdilər ki, “Olimpiya”nın parlaq gələcəyi var. İndi biz Konfrans Liqasının qrup mərhələsinə hazırlaşmalıyıq. Çox iddialıyıq. Hətta əvvəlcə Çempionlar Liqasının qrup mərhələsində, sonra isə Avropa Liqasının qrup mərhələsində oynamaq imkanımız var idi. “Olimpiya” ilk dəfədir ki, avrokubokların qrup mərhələsinə düşür. Biz bunu istəyirdik və təbii ki, razıyıq. Əvvəlcə “Mura” ilə ev matçımız, sonra milli komandaların oyunları ilə əlaqədar fasilə var".
Qeyd edək ki, səfərdəki oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab oyununda 1:1 hesabı ilə heç-heçə edərək Avropa Liqasının qrup mərhələsinə adlayıb.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır