Avropa Liqasında pley-offun cavab matçlarından sonra qrup mərhələsinin son iştirakçıları da müəyyənləşib.
Qol.az xəbər verir ki, turnirin bu mərhələsində 32 komanda mübarizə aparacaq. Onların arasında Azərbaycan təmsilçisi "Qarabağ" da var.
Qrup mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Hər birində 4 iştirakçı olmaqla 8 qrup təşkil ediləcək. Qrupun qalibi 1/8 finala birbaşa vəsiqə qazanacaq, 2-ci yeri tutan həmin mərhələdə oynamaq üçün Çempionlar Liqasının 3-cüsü ilə yarışacaq. Avropa Liqasının 3-cüsü isə avrokubokda mübarizəni Konfrans Liqasının pley-off mərhələsindən (1/16 final) davam etdirəcək.
32 klubdan 12-si qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. Digər 20 iştirakçı AL-in ilkin pley-off mərhələsinin qalibləri və Çempionlar Liqasının pley-off mərhələsinin məğlublarıdır.
Qrup mərhələsinin bütün iştirakçıları:
Azərbaycan: "Qarabağ"
Avstriya: "Şturm", LASK
İngiltərə: "Brayton", "Liverpul", "Vest Hem"
İspaniya: "Betis", "Vilyarreal"
Fransa: "Marsel", "Renn", "Tuluza"
İtaliya: "Atalanta", "Roma"
Almaniya: "Frayburq", "Bayer"
Yunanıstan: "Panatinaikos", "Olimpiakos", AEK
İsrail: "Makkabi" Hayfa
Norveç: "Molde"
Portuqaliya: "Sportinq"
Serbiya: "Baçka-Topola"
İsveçrə: "Servett"
Niderland: "Ayaks"
Beliça: "Yunion"
Kipr: "Aris"
Moldova: "Şerif"
Çexiya: "Sparta", "Slaviya"
İsveç: "Hakken"
Polşa: "Rakov"
Şotlandiya: "Reyncers"
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı