«Milli komandaya çağırılmamağımı normal qarşıladım. Futboldu da, bir gün çağırarlar, bir gün yox. Seçimi baş məşqçi aparır və onun da işinə heç kim qarışa bilməz». Bu sözləri Qol.Az-a milli komandamızın Almaniyadakı təlim-məşq toplanışına çağırılmayan «İnter»in yarımmüdafiəiçisi Elvin Məmmədov deyib. Elvinin həm millidəki, həm də klubdakı məşqçisi Elxan Abdullayev futbolçunun fiziki cəhətdən zəif olduğunu əsas gətirərək, bu dəfə millidən kənar qaldığını bildirib. Elvin məşqçinin fikrini düzgün qəbul edir: «Hər halda məşqçilər bizdən daha yaxşı bilirlər. Əgər deyirlərsə, fiziki durumum zəifdir, deməli həqiqətən də belədir. Mən nə edə bilərəm ki? Seçimi onlar aparır və kim güclüdürüsə, kim daha hazırlıqlıdırsa, məşqçi də onu milli komandaya dəvət edir. Görünür, hazırkı vəziyyətdə mənim durumum onları qane etmədiyindən milliyə çağırmamağı məqsədəuyğun hesab ediblər».
E.Məmmədov klubda ehtiyatda qalmasına da münasibət bildirib: «Vallah, nə deyə bilərəm? Hamı kimi, mən də oynamaq, start heyətində yer almaq istəyirəm. Amma futbolda belə hallara normal baxıram. Yəqin komanda yoldaşlarım məndən güclüdürlər ki, ehtiyatda oturmalı oluram».
«İnter»də ehtiyatda, millidən isə kənarda qalmasına baxmayaraq, E.Məmmədov gələcəyə nikbin baxır: «Bundan sonra üzərimdə daha çox çalışmalıyam. Formamı bərpa edib, daha da güclü çıxış etmək üçün məşqlərdə bütünü gücümü qoyacağam. İnanıram ki, tezliklə daha da yaxşı forma yığaraq, həm «İnter»in əsas heyətində, həm də milli komandadakı yerimi qaytaracağam».
Sonda gənc futbolçu qarşıdan gələn Rusiya ilə oyunda meydana çıxmaq arzusunda olduğunu söyləyib: «Hər bir azərbaycanlı futbolçu kimi mən də ruslara qarşı forma geymək istəyirəm. Bu oyun bizim üçün çox önəmlidir. Həmin gün meydanda olmağı çox arzulayıram. Əgər ruslara qarşı oynasam, var gücümlə meydanda «vuruşacağam».
E.Məmmədov milli komandamızın hətta Rusiya ilə oyunda sürprizə imza atmaq iqtidarında olduğunu da düşünür: «Futbolda hər şey mümkündür. Biz hətta ruslara qalib də gələ bilərik. Bunun üçün isə meydanda sona qədər oynamaq və gücümüz tükənənə qədər can qoymaq lazımdır».
Millidən kənarda qalan «İnter»in digər gənc futbolçusu Cavid Hüseynov isə məsələyə münasibət bildirmək istəməyib.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı