“Xəzər Lənkəran” Futbol Klubu öz meydanını təkmilləşdirməyi planlaşdırır. Bununla əlaqədar klub meydanda aparılacaq yenidənqurma işlərinin dəyərləndirilməsi üçün bu sahədə Azərbaycanda yaxşı tanınan bolqar mütəxəssisi Borislav Kolevi işə cəlb edib. Borislav Kolev idman meydançaların tikilməsində ixtisaslanan “Bayk Plus Ltd” şirkətinin başçısıdır. Bu şirkət idman quruculuğunda 1995-ci ildən fəaliyyət göstərir. Azərbaycanda adı çəkilən şirkəti 2002-ci ildən tanıyırlar çünki məhz həmin ildə “Bayk Plus Ltd” Tofiq Bəhramov adına Respublika stadionunu tam şəkildə yenidən qurub. Borislav Kolevlə olan müsahibəni oxucularımıza təqdim edirik.
- Sizin Azərbaycana səfərinizin məqsədi nədir?
Mən “Xəzər Lənkəran” futbol klubunun rəhbərliyi tərəfindən bu klubun mərkəzi və yardımçı meydançalarının vəziyyəti ilə tanış olmaq üçün dəvət olunmuşam. Tanış olub gördüyümü təhlil edəndən sonra mövcud olan problemlərin çözülməsi və vəziyyətin yaxşılaşdırılması üzrə təkliflərimi təqdim edəcəm.
- Gördüklərinizdən ilk təəssüratınız necə oldu?
Burada yaradılan baza mənim çox xoşuma gəldi. Məncə, bu, yüksək nailiyyətlər əldə etmək istiqamətində istənilən klubun atmalı olduğu ilk addımlardan biridir. Ancaq bununla birgə vəziyyətin daha da yaxşılaşdırılması üçün həmişə əlavə tədbirlər görməyə də imkan var. Yəni, təkmilləşdirmə fasiləsiz bir prosesdir, onun sonu olmur. Ancaq “Xəzər Lənkəran”ın yaratdığı bünövrə çox yaxşıdır.
- Siz idman meydançaların tikilməsi üzrə bir mütəxəssis kimi bizim futbol arenamızın vəziyyəti ilə tanış oldunuz. Hər hansı problem üzə çıxdımı? Və əgər problem varsa, o nə qədər ciddidir?
Bəli, problemlər var. Onların arasında asan həll olunanlar da var, bir qədər çox zəhmət tələb edənlər də. Mən gördüklərimi təhlil edib təkliflərimi sizin klub rəhbərliyinə təqdim edəcəm. Ümumilikdə bildirməliyəm ki, problemlər meydançaların hamısında mövcüddur. Təbii meydança bərbad olduğu halda, yaxud orada yenidənqurma işləri aparıldığı vaxtda vəziyyəti sintetik meydança xilas edə bilər. Təbii meydança isə bir canlı orqanizmdir, o, insanı xatırladır. Yəni, əgər sən bu gün sağlamsansa sabah xəstələnə bilərsən, sonra isə müalicə olunub yenidən sağala da bilərsən, ölə də bilərsən. Odur ki, bunlar normal və həll olunan məsələlərdir. Əsas odur ki, yaranmış vəziyyətdə günahkar axtarmayaq, gələcəyə baxıb bu vəziyyətdən çıxış yollarını tapmaq lazımdır. Ən yaxşısı isə imkan daxilində qabaqlayıcı tədbirlər görüb problemlərin yaranma ehtimalını minimuma endirməkdir. Həll olunmayan problem yoxdur, hər bir çətin məsələni həll etmək olar.
- Ayrı sözlə desək, siz hesab edirsiniz ki, bizim klubda əlavə sintetik meydançanın olması məqsədəuyğun olar?
Hər klubun çoxlu meydançaları olmalıdı. Məsələn “Real” Madrid klubunun 7 meydançası var, o cümlədən süni örtüklü. Və bunlar təkcə əsas komanda üçün yaradılıb. Bu klubun digər komandaları ayrı meydançalarda məşqlər və oyunlar keçirirlər. Adi klublarda isə tək əsas komandaların ən azı 2 meydançası olmalıdı. Belədə bir meydançanı ay ərzində istifadə etmək olar, digərini isə o biri ay üçün hazırlamaq lazımdır və beləliklə onlar bir birini tamamlayacaq. Bir daha təkrar edim ki, söhbət yalnız əsas komandadan gedir. O ki qaldı uşaq və yeniyetmə futboluna, onların hər birisinin öz meydançaları olmalıdır.
Sintetik meydançalar mövzusuna qayıdıram. Əgər klubun ikinci təbii meydançanın yaradılmasına imkanı yoxdursa, onda sintetik meydança salına bilər. Təbii meydançalardan fərqli olaraq sintetik meydança daha çox işlənə bilir. Onları sutkada 24 saat istismar etmək olur. Həm də belə meydançaların saxlanılmasına çox az vəsait tələb olunur. O ki qaldı onların keyfiyyətinə, onu deyə bilərəm ki, bu gün elə sintetik meydançalar mövcuddur ki, onlar 95% təbii meydançaya bənzəyirlər. Bundan başqa Azərbaycanda Avropanın hər yerində olduğu kimi, qış fəsli problemi var ki, bu zaman hava şəraiti pis olur, qazon da bitmir. Bu halda süni meydança əvəzedilməzdir, təbii meydança isə həmin ərəfədə dincəlir, özünə gəlir. Ona görə mən hesab edirəm ki, istənilən komanda ən azı bir sintetik meydançaya malik olmalıdır.
- “Xəzər Lənkəran” stadionundakı problemləri aradan qaldırmaq üçün nə qədər vaxt tələb olunur?
Bu işi 3 mərhələyə bölmək olar. Birinci mərhələ sağlam qazonun bərpası və ot köklərinin artırılmasından ibarətdir. Bunu bir aya etmək olar. Sonra 40-60 günə suyun meydan üzərində qalması və süzülməməsi problemini aradan qaldırmaq mümkündür. Üçüncü mərhələ isə qazonun yay fəslində gün altında yanması probleminin həllidir. Bunun üçün meydançadakı otun istiyə dözümlülüyünü artırmaq üçün bir üsul fikirləşmək gərəkdir.
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan kompensasiya tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı
1-ci liqada 11-ci tur başladı
Messi "Atletiko"nun kapitanını istəyir
“Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı
Levandovski MLS yolunda
İbrahimoviçin oğlu "Milan"ın Superkubok üçün heyətində
Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?
"Klublar lisenziyalaşdırma ilə bağlı məsələyə məsuliyyətlə yanaşmalıdır" - Rövşən Nəcəf
AFFA rəsmisi FİFA-nın plenar iclasında
"Məni də çox tənqid edirdilər"
Ertem Şenerdən Rəşad Sadıqov haqda maraqlı açıqlama - Video
Mendi ilə müqavilə uzadıldı
FİFA referisi 1-ci liqa oyununa təyinat aldı
"Çelsi" Estevaonu itirdi
Dünya çempionatında iştirak üçün FİFA-ya şikayət etdilər
Ronaldo "The Best" səsverməsində iştirak etmədi
“Sabah” Çempionlar Liqası ilə vidalaşdı
FİFA DÇ-2026 üçün yeni bilet kateqoriyası təqdim etdi
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?
Dünyada ilin ən yaxşı qadın futbolçusu o oldu
İlin ən yaxşı məşqçisi açıqlandı
Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi
İlin ən baxımlı qol müəllifi bəlli oldu
PSJ Mbappenin təzminatı barədə açıqlama verdi
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
Çempionluq paradında insanları əzən şəxsə ağır cəza verildi
İngiltərə klubunun baş məşqçisi klubla yollarını ayırır
Maaşlar ödənilmədi, futbolçular klubu tərk etdi
"Qarabağ"ın qış hazırlıq planı bəlli oldu
FİFA-nın seçimində dünyada ilin ən yaxşı qapıçısı oldu