Moksvada bütün futbol oyunları təxirə salındı

Moksvada bütün futbol oyunları təxirə salındı
XƏBƏR 24 İyun 2023 / 14:59 2620
-  A +

Moskva Futbol Federasiyası öz rəsmi saytında antiterror əməliyyatı rejiminin tətbiqi ilə əlaqədar Rusiya paytaxtında - Moskvada bütün futbol oyunlarının ləğv edildiyini açıqlayıb.

Qol.az xəbər verir ki, açıqlamada bildirilir: “Bələdiyyə merinin sərəncamı ilə əlaqədar şəhərdə kütləvi tədbirlər ləğv edilib. Moskva Futbol Federasiyasının himayəsi altında keçirilən bütün yarışlar növbəti xəbərdarlığa qədər təxirə salınıb”.

Qeyd edək ki, Rusiyada kişilərin peşəkar liqalarında mövsümə iyunun birinci yarısında yekun vurulub. İyulun 15-də Kazanda ölkə çempionatının yüksək divizionu olan Rusiya Premyer Liqasının komandalarının iştirak etdiyi ilk rəsmi oyun keçiriləcək. Superkubok uğrunda oyunda ÇSKA və Sankt-Peterburq "Zenit"i qarşılaşacaq. RPL mövsümü iyulda, Rusiya kuboku avqustda başlayacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner