Karateçimiz erməni rəqibinə qalib gəlib medalı təmin etdi

Karateçimiz erməni rəqibinə qalib gəlib medalı təmin etdi
XƏBƏR 23 İyun 2023 / 12:21 2241
-  A +

Azərbaycan karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında yarımfinala yüksəlib. 

Qol.az xəbər verir ki, 68 kq çəki dərəcəsindəki idmançımız əvvəlcə ukraynalı Qalina Melniki (5:0) üstələyib. Dünya və Avropa çempionu növbəti dəfə Ermənistan idmançısı rəqibi Anita Makyana (8:0) qalib gəlib. Bununla da İrina minimum bürünc medalı təmin edib.

O, qrupda son görüşünü ispaniyalı İzabel Nyetoya qarşı keçirəcək.


Son xəbərlər
topaz banner