Millimizin sabiq üzvünün yeni klubu bilindi

Millimizin sabiq üzvünün yeni klubu bilindi
XƏBƏR 23 İyun 2023 / 12:06 2843
-  A +

Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nazarovun yeni klubunun adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Almaniya "Kikkers Offenbax"ında davam etdirəcək. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. 

Regional Liqa təmsilçisi ilə Nazarov arasındakı müqavilənin detalları məlum deyil.

Qeyd edək ki, Nazarov mövsümün sonunda müqaviləsi başa çatdığı üçün Almaniyanın 3-cü Bundesliqasında çıxış edən “Ertsgebirge”dən ayrılıb. 

Əlavə edək ki, Dmitri Nazarov 2014-2022-ci illərdə Azərbaycan millisinin heyətində 45 oyunda 7 qola imza atıb.


Son xəbərlər
topaz banner