40 yaşlı futbolçu ilə müqaviləni uzatdılar

40 yaşlı futbolçu ilə müqaviləni uzatdılar
XƏBƏR 22 İyun 2023 / 19:35 1959
-  A +

"Vilyarreal" qapıçısı Xose Reyna ilə müqaviləsini uzadıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı qolkiperin La Liqa təmsilçisi ilə yeni müqaviləsi 2024-cü ilə qədərdir.

Reyna 2002-2005-ci illərdə “Vilyarreal”da çıxış edib və 2022-ci ilin yayında “Latsio”dan azad agent kimi komandaya qayıdıb.

Reyna ötən mövsüm "Vilyarreal"ın heyətində La Liqada 22 matçda iştirak edib.


Son xəbərlər
topaz banner