Milli komandaların oyunu irqçi şüara görə vaxtından əvvəl başa çatdı

Milli komandaların oyunu irqçi şüara görə vaxtından əvvəl başa çatdı
XƏBƏR 19 İyun 2023 / 22:25 3522
-  A +

İrlandiyanın gənclərdən ibarət komandası Küveytlə yoldaşlıq oyunu zamanı meydanı vaxtından əvvəl tərk ediblər.

Qol.az İrlandiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, yığma rəqib oyunçunun irqçi ifadəsindən sonra bu addımı atıb. Avstriyada keçirilən qarşılaşma 86-cı dəqiqədə dayandırılıb. Həmin vaxt İrlandiya komandası 3:0 hesabı ilə öndə olub.

"Təəssüflə bildiririk ki, gənclərdən ibarət komandanın Küveytlə bugünkü oyunu küveytli futbolçunun əvəzedicilərimizdən birinə qarşı söylədiyi irqçi ifadədən sonra dayandırılıb" - deyə federasiyanın bəyanatında bildirilir.

Qeyd olunub ki, İrlandiya Futbol Federasiyası hadisə ilə bağlı FİFA və UEFA-nı məlumatlandıracaq.


Son xəbərlər
topaz banner