"Sabah"ın komandası beynəlxalq turnirdə çempion oldu

"Sabah"ın komandası beynəlxalq turnirdə çempion oldu
XƏBƏR 19 İyun 2023 / 19:48 2350
-  A +

Türkiyənin Rize şəhərində keçirilən “Yiğit Demirel” Beynəlxalq Futbol Turnirinə yekun vurulub. 

Qol.az xəbər verir ki, “Sabah”ın U-12 komandası turniri çempion kimi başa vurub. Qrup və 1/4 final mərhələsini uğurla başa vuran Nasir Nəsirlinin baş məşqçisi olduğu komanda yarımfinalda “Samsunspor”u məğlub edərək (3:2) finala vəsiqə qazanıb. Həlledici matçda “Altınordu” ilə qarşılaşan komanda bu oyundan da qalib ayrılaraq (1:0) çempion olub. 

Yiğit Demirel Beynəlxalq Futbol Turniri
Yarımfinal

"Sabah" - "Samsunspor" - 3:2
Qollar:
Abbas Məmmədli (2), Həsən Ramazanov. 

Final

"Altınordu" - "Sabah" - 0:1
Qol:
Abbas Məmmədli


Son xəbərlər
topaz banner