Mahir "Dinamo"nun təlim-məşq toplanışına nə vaxt qoşulacaq?

Mahir "Dinamo"nun təlim-məşq toplanışına nə vaxt qoşulacaq?
XƏBƏR 19 İyun 2023 / 17:45 1828
-  A +

Millimizin üzvü Mahir Emrelinin "Dinamo"nun yay təlim-məşq toplanışına qoşulacağı tarix müəyyənləşib.

Qol.az index.hr saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu iyunun 25-də Xorvatiya təmsilçisinin düşərgəsində olacaq. 

"Dinamo" bu gün yay təlim-məşq toplanışına başlayıb. M.Emreli millimizin Avro-2024-ün seçmə mərhələsində iyunun 17-də keçirilən Estoniya ilə oyunu ilə əlaqədar Zaqreb klubunun bazasına iyunun 25-də qayıdacaq.

Qeyd edək ki, komandanın baş məşqçisi İqor Bişçan Mahir də daxil olmaqla bəzi futbolçuların yay təlim-məşq toplanışındakı çalışmalarına diqqət yetirəcək. Bundan sonra klub onları icarəyə göndərib-göndərməyəcəyinə qərar verəcək.

Xatırladaq ki, M.Emreli bu ilin fevral ayından mövsümün sonunadək icarə əsasında “Konyaspor”da oynayıb. Onun Zaqreb təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Əlavə edək ki, "Dinamo" iyulun 7-də Sloveniyaya gedəcək. Komanda orada "Koper" (Sloveniya), "SSKA" (Bolqarıstan) və hələ adı açıqlanmayan daha bir klubla yoxlama oyunu keçirəcək.


Son xəbərlər
topaz banner