“Zirə”nin futbolçusu Afrika Millətlər Kubokunda oynadı

“Zirə”nin futbolçusu Afrika Millətlər Kubokunda oynadı
XƏBƏR 19 İyun 2023 / 13:29 1075
-  A +

"Zirə"nin futbolçusu İssa Cibrilla Niger millisinin heyətində Afrika Millətlər Kubokunun seçmə mərhələsində səfərdə Tanzaniyaya qarşı oynayıb.

Qol.az xəbər verir ki, müdafiəçi F qrupunun 5-ci turundakı matçın 73-cü dəqiqəsində meydana daxil olub.

Görüş Nigerin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, 15 xalla Əlcəzairin liderlik etdiyi qrupda Niger 2 xalla sonuncu - 4-cüdür.


Son xəbərlər
topaz banner