Nazim Babayev Avropa Oyunlarında iştirak edə bilməyəcək

Nazim Babayev Avropa Oyunlarında iştirak edə bilməyəcək
XƏBƏR 16 İyun 2023 / 21:19 1541
-  A +

Polşada keçiriləcək 3-cü Avropa Oyunlarında iştirak edəcək atletika üzrə milli komandamızın heyətində məcburi dəyişikliklər edilib.

Qol.az xəbər verir ki, uzunluğa tullanma yarışlarında ölkəmizi təmsil etməli olan Nazim Babayev zədə səbəbindən mötəbər yarışa qatıla bilməyəcək. Babayev ötən həftə keçirilən əməkdar məşqçi Əfqan Səfərovun beynəlxalq memorialında zədələnib və müayinədən sonra atletimizin Avropa Oyunlarında çıxışı məqsədəuyğun hesab edilməyib. Bu yarışda Nazimi Kəsgin Abbaszadə əvəz edəcək.

Xatırladaq ki, son ölkə çempionatında yalnız Nazim Babayevdən geri qalan Abbaszadə 7.83 metr göstərici ilə U 20 və U 23 Azərbaycan rekorduna sahib çıxmışdı. Əlhəm Nağıyev də eyni səbəbdən heyətdən kənarda qalıb. Polşada 100 və 200 metr məsafələrə qaçışda Aleksey Əliəkbərov  mübarizə aparacaq.


Son xəbərlər
topaz banner