"Qarabağ"ın sabiq üzvü Polşa klubundan ayrıldı

"Qarabağ"ın sabiq üzvü Polşa klubundan ayrıldı
XƏBƏR 15 İyun 2023 / 20:28 3880
-  A +

Polşanın "Visla" klubu "Qarabağ"ın sabiq futbolçusu Jakub Jezniçakla yollarını ayırıb.

Qoll.az xəbər verir ki, bu barədə Plotsk təmsilçisinin rəsmi saytı məlumat yayıb. 36 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"da çıxış edib. Polşalı futbolçu  2019-cu ildən "Visla"da oynayırdı.


Son xəbərlər
topaz banner