Güləşçimiz erməniyə qalib gəlib finala çıxdı - Avropa çempionatı

Güləşçimiz erməniyə qalib gəlib finala çıxdı - Avropa çempionatı
XƏBƏR 13 İyun 2023 / 19:42 1356
-  A +

Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

Qol.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda ermənistanlı Yurik Mxitaryana 8:0 hesabı ilə qalib gəlib.

51 kq-da çıxış edən Əli Seyidəlili isə yarımfinalda macarıstanlı Peter Totoka uduzub - 0:5. O, sabah bürünc medal görüşünə çıxacaq.


Son xəbərlər
topaz banner