Makqreqor maskotu xəstəxanalıq etdi

Makqreqor maskotu xəstəxanalıq etdi
XƏBƏR 13 İyun 2023 / 13:59 4120
-  A +

MBA-nın finalında - "Mayami" - "Denver" görüşünün fasiləsində xoşagəlməz anlar yaşanıb.

Qol.az xəbər verir ki, irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor fasilə zamanı bir ağrıkəsici sprey reklamı üçün meydana çıxıb. Bu vaxt o, "Mayami"nin maskotuna 2 dəfə yumruq vurub. Maskot yerə yıxılıb. 

Maraqlıdır ki, maskot qızılı boks əlcəkləri geyinib və bu qalmaqal öncədən planlanıb. Lakin Makqreqorun yumruğu gözlənildiyindən daha bərk olub. Maskot "Mayami"nn əyləncə komandası tərəfindən meydandan çıxarılıb. O, xəstəxanaya aparılıb. 

Basketbol görüşü "Denver"in 94:89 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
topaz banner