Alleqriyə Səudiyyə Ərəbistanından təklif

Alleqriyə Səudiyyə Ərəbistanından təklif
XƏBƏR 12 İyun 2023 / 14:08 1250
-  A +

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Səudiyyə Ərəbistanından təklif alıb.

Qol.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. İtaliyalı mütəxəssisə hər mövsümə 20 milyon avro qarşılığında 3 il “Əl-Hilal”a baş məşqçilik etmək təklif olunur. Həmçinin onun üçün 10 milyon avroluq imza bonusu təklifi də irəli sürülüb. 

Turin klubunda ildə 7 milyon avro və bonuslar alan 55 yaşlı çalışdırıcı bu təklifi nəzərdən keçirir. Hələlik o, qəti cavab verməyib.


Son xəbərlər
topaz banner