Gimnastlarımızdan 1 gümüş, 1 bürünc medal

Gimnastlarımızdan 1 gümüş, 1 bürünc medal
XƏBƏR 12 İyun 2023 / 13:28 746
-  A +

Azərbaycanın gənc bədii gimnastları Misirin Qahirə şəhərində keçirilən "Pharaoh’s Cup" beynəlxalq turnirində uğurlu çıxış ediblər.

Qol.az xəbər verir ki, gənclərdən ibarət qrup komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova 5 ip və 5 topla hərəkətlərin icrasında gümüş, fərdi gimnast Nuray Əhmədzadə isə lentlə hərəkətlərin icrasında bürünc medal qazanıb.


Son xəbərlər
topaz banner