Son mövsümü “Kəpəz”də keçirən Fərid Nəbiyev Qol.az saytına müsahibə verib.
- “Turan Tovuz”la anlaşdığın deyilir...
- Xeyr, hələ ki heç bir klubla anlaşmamışam. Düzdür, “Turan Tovuz”dan təklif almışam. Amma başqa 3-4 klub da var. Eləcə də ölkə xaricinə getməyim də mümkündür. Hazırda danışıqlar gedir. Ən yaxşı təklif hansı olsa, onu da dəyərləndirəcəm.
- “Turan Tovuz”dan başqa təklif aldığın digər klubların adlarını açıqlaya bilərsən?
- 3-4 klubdan təklif var. Amma ad açıqlamağım düzgün olmaz. Hazırda danışıqlar gedir.
- Səninlə maraqlanan klublar arasında qardaşın Yusifin transfer olduğu “Səbail” var? Yeni mövsümdə Nəbiyev qardaşlarını yenə eyni klubda görə biləcəyik?
- Xeyr. Böyük ehtimalla bu dəfə ayrı-ayrı klublarda olacağıq.
- Bayaq qeyd etdin ki, ölkə xaricindən də təklif var. Daha əvvəl çıxış etdiyin Çexiyaya yenidən qayıtmağın mümkündür?
- Xeyr, Çexiyadan hər hansı bir təklif almamışam. Hələ ki, ora qayıtmaq barədə düşünmürəm. Yəqin ki, 10 gün ərzində hər şey rəsmiləşəcək və yeni klubumun adı məlum olacaq.
- Sonda sabiq klubun “Kəpəz”in baş məşqçi məsələsi ilə bağlı fikirlərini öyrənmək istərdik. Son mövsümdə Gəncə klubunun aparıcı üzvlərindən idin. “Kəpəz”in Tərlan Əhmədovla yollarını ayırması sənin üçün nə dərəcədə gözlənilməz oldu?
- Komandanı sıfırdan bu yerə gətirən məşqçi nə olur olsun ən yaxşı tərifə layiqdir. Mən də Tərlan müəllimlə bir yerdə işlədiyimə görə çox şad oldum. Tərlan Əhmədov çox güclü məşqçidir. Ona uğurlar arzu edirəm. Amma məşqçi dəyişikliyi barədə bir söz deyə bilmərəm. Komandanın öz rəhbərləri var və bu, onların qərarıdır.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə