Daha iki taekvondoçumuz dünya çempionatında medalsız qaldı

Daha iki taekvondoçumuz dünya çempionatında medalsız qaldı
XƏBƏR 2 İyun 2023 / 11:36 889
-  A +

Bu gün Azərbaycanın iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Qol.az xəbər verir ki, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 finalda Omonjon Otajonova uduzub.

Qadınların yarışında 46 kq-dakı Minayə Əkbərova 1/16 finalda Ruka Okamotoya (Yaponiya) məğlub olub.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib.


Son xəbərlər
topaz banner