Sakanın yeni müqaviləsinə təzminat qiyməti daxil edilməyib

Sakanın yeni müqaviləsinə təzminat qiyməti daxil edilməyib
XƏBƏR 27 May 2023 / 10:52 1563
-  A +

"Arsenal" hücumçu Bukayo Sakanın yeni müqaviləsinə təzminat qiyməti ilə bağlı bənd daxil etməyib.

Qol.az xəbər verir ki, bu barədə jurnalist Mett Hyuz özünün "Tvitter hesabında yazıb. Bu həftə imzalanan yeni müqavilənin 2027-ci ilin iyununa kimi nəzərdə tutulduğu vurğulanıb.

Qeyd edək ki, Saka "Arsenal"ın yetirməsidir. O, bu mövsüm İngiltərə Premyer Liqasında 37 oyuna çıxıb, 13 qol vurub və 11 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner