"Turan Tovuz"un müdafiəçisi Şəhriyar Əliyevin Qol.az saytına müsahibəsi
- Mövsümü 6-cı pillədə bitirirsiniz. Bu nəticə sizi nə dərəcədə razı saldı? Hər halda ilk mövsümünüz üçün yaxşı nəticədir, amma daha da yuxarı pillələrdə ola bilərdiniz.
- Mövsümün əvvəlində 6-cı yer bizim üçün çox yaxşı nəticə sayılardı. Çünki ilk ilində bu yeri tutmaq pis nəticə deyil. Amma bəli, məncə, daha yaxşı nəticə qazana bilərdik. Müəyyən oyunlarda xallar itirdik, oyunumuzdakı sabitliyi qoruya bilmədik. Bəlkə də, sabit çıxış etsəydik, 4-5-ci yerlərdə ola bilərdik. Kubokun “Neftçi” ilə yarımfinal matçında sona 5 dəqiqə qalmış iki top buraxıb məğlub olduq. Yəni, finala da çıxa bilərdik. Hardasa məyusluğumuz bunlara görədir. Amma qeyd etdiyim kimi, uzun fasilədən sonra elitaya qayıtmaq və 6-cı olmaq pis nəticə deyil. Qarşıdakı mövsümdə daha da yaxşı çıxış edəcəyik.
- “Səbail”lə oyunda (2:2) üstünlüyünüzü qoruya bilmədiniz...
- Bilirdik ki, “Səbail” Tovuzdan ən azı bir xalla qayıtmaq istəyir. Çünki Premyer Liqada qalmaq uğrunda gərgin mübarizə aparırlar. Rəqibi düzgün analiz etmişdik. Oyuna pis başlamadıq. İlk hissədə daha çox şansımız oldu. Fərqi artıra da bilərdik. İkinci qolumuzu vurandan sonra bəlkə də arxayınlaşdıq. Amma oyun 90 dəqiqə olur. Gərək sona qədər diqqətli olaydıq. Hətta məğlub da ola bilərdik. Rəqib bunu çox istəyirdi. Biz isə son ev oyunumuzda azarkeşlərimizi sevindirməyə çalışırdıq. Onlar mövsüm boyu bizi dəstəkləyiblər.
- “Səbail”in legioneri Qoba Zakpa oyunda ədəbsiz jest etdi. Bu barədə nə düşünürsən? Oyun vaxtı həmin epizodu gördünüzmü?
- Həmin vaxtı bunu görmədik. Çünki qol buraxanda komanda şokda olur. Həm də Zakpa öz qapılarına tərəf qaçarkən bu hərəkəti edib. Sosial şəbəkələrdə gördüm. Oyunda hər şey ola bilər, udarsan da, uduzarsan da, amma bu cür hərəkət ilk növbədə öz komanda yoldaşlarına qarşı hörmətsizlikdir. Oyunda dava da olar, qırğın da, amma bu cür hərəkət ədəbsizlikdir. “Səbail” rəsmisinin açıqlamasını oxudum. Bilmirəm, nə dərəcədə doğrudur. Amma belə hərəkət futbolçuya yaraşmaz.
- "Səbail"in açıqlamasında deyilir ki, futbolçu həmin vaxt uğursuz oturan alt paltarını düzəldib.
- Bəlkə də futbolçu həmin sözləri deyib. Həqiqətən bu ədəbsizlik və hər kəsə qarşı hörmətsizlikdir. Başqa komandanın üzvü ona qarşı bu hərəkəti etsə, bəlkə də çılğına dönər. Oyun epizodunda bu hərəkəti etsəydi, yəni biz onu görsəydik, dava düşərdi.
- Səncə, bu cür ədəbsiz jestin cəzası nə olmalıdır?
- Videoda futbolçunun dediyi kimi görünmür. Qərarı klubun rəhbətliyi, federasiya verir. Bizim qapıçımız Kamal Bayramov “Kəpəz”lə oyundan sonra etdiyi hərəkətə görə 3 oyunluq cəzalandırılmışdı. Zakpa isə bunu oyun vaxtı edib.
- Kubokda mübarizəni dayandırandan sonra çempionatda keçirdiyiniz 4 oyunun 3-də qələbə qazanmısınız və 1 heç-heçə etmisiniz.
- Kubok oyunu ərəfəsində elə xallar itirdik ki… Bəlkə də bu xallar bizi 4-cü, 5-ci yerdən qopmağa qoymaya bilərdi. Nə qədər desək ki, hər iki yarışı düşünürdük, hər halda kubok tarixi bir şans idi. Fikrimiz əsas kubokda idi. Bəlkə də buna görə çempionatda uğursuzluq yaşadıq. Kubokda finala çıxsaydıq, çempionatda aşağı pillələrdə qərarlaşaa bilərdik. “Neftçi” ilə kubokun yarımfinal matçından sonra komanda olaraq toparlandıq, dedik ki, qarşıdakı çempionat oyunlarında mütləq qalib gəlməliyik. Kubokdan sonra “Zirə”yə qalib gəldik və özümüzü toparladıq. Həmin görüşdə uduzsaydıq, özümüzə çətin gələrdik. Şükürlər olsun ki, kubokdan sonra keçirdiyimiz 4 oyuna 10 xal yığmışıq. Bu, gələn il üçün bir stimuldur. Yəni komandada qələbəyə inam formalaşır. Qarşıda son oyunumuz var. Çalışacağıq ki, bu dəfə də yaxşı nəticə qazanaq.
- Rəqib “Qarabağ” olsa belə? Yeri gəlmişkən, “Qarabağ” son turda “Sumqayıt”a uduzdu.
- “Qarabağ” çempionluğu təmin etdiyinə görə həmin oyunda xeyli rotasiya edilmişdi. Bizimlə oyunda bəlkə də başqa heyət oynayacaq. Düzdür, biz çempionatda 6-cı yeri təmin etmişik, “Qarabağ” isə çempionluğu təmin edib. . Bəlkə də buna görə çoxları düşünür ki, maraqısz oyun olacaq. Amma bu görüşün nəticəsi yeni mövsüm üçün motivasiyadır. Ümumiyyətlə, “Qarabağ” adı özü bir motivasiyadır. Çalışacağıq ki, digər oyunlarda olduğu kimi mübarizə aparaq və yaxşı nəticə qazanaq.
- “Turan Tovuz”la müqaviləni daha bir il uzatdın. Başqa klubdan təklif var idi?
- Təkliflər var idi. Sadəcə öz klubumla danışıb müqaviləni uzatdım. Əgər bir yerdə xoşbəxtsənsə, oradan getməməlisən. Şükürlər olsun ki, hər şey yaxşıdır, rahatdır.
- Tovuzda futbola münasibət necədir? Azarkeşlərin tələbkarlığından hiss olunur ki, onların sizdən gözləntiləri böyükdür...
- Bölgələrdə idmanı həqiqətən sevirlər. Çox tələbkardırlar. Futbolu o qədər sevirlər ki… İstəyirlər komandaları həmişə qələbə qazansın. Biz də oyuna çıxanda bunu düşünürük. Bizim səfər oyunlarımıza da azarkeşlər çox gəlir. Biz səfərdə də özümüzü evdəki kimi hiss edirik. Onlara təşəkkür edirəm ki, bizi heç vaxt yalnız qoymurlar.
Ramiq Ağaməmmədov
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər