Nurlan Novruzov 90-cı dəqiqədə meydana girdi və qol vurdu

Nurlan Novruzov 90-cı dəqiqədə meydana girdi və qol vurdu
XƏBƏR 21 May 2023 / 22:48 4318
-  A +

Litva 1-ci Liqasında 10-cu turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun çıxış etdiyi “Yonava” səfərdə “Vilnius”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Yonava"nın yeganə qolunu Nurlan Novruzov vurub. 90-cı dəqiqədə meydana daxil olan hücumçu 4 dəqiqə sonra fərqlənib. Bu, Novruzovun "Yonava"da ilk qoludur.

Bu nəticədən sonra “Yonava” 4 xalla sonuncu pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner