“Qarabağ”ın direktoru Emrah Çelikelin Qol.az saytına müsahibəsi
- Əvvəlcə “Qarabağ”ın 10-cu çempionluğu ilə bağlı təəssüratlarınızı bilmək istərdik.
- Təbii ki, bizim üçün böyük sevincdir. Bu il 10-cu çempionluğu əldə edərək ikinci ulduzumuzu da aldıq. Çox sevincli olsaq da, bu, əlavə bir məsuliyyətdir. Çünki “Qarabağ”ı sevən, bu komandanı dəstəkləyən hər bir kəs daha böyük uğurlar gözləyir. Biz də bunu yaxşı dərk edirik.
- “Qarabağ”dan gözləntilərin çox olduğunu qeyd etdiniz. Təbii ki, gözləntilər ildən-ilə daha da artır və hər halda bunu nəzərə alırsınız. Bu mənada klub rəhbərliyi tərəfindən komandadan bu mövsüm avrokuboklarda nə tələb olunacaq?
- Sözsüz ki, qeyd etdiyiniz kimidir. Biz də gedə biləcəyimiz ən axırıncı nöqtəyə qədər getmək istəyirik. Əlbəttə, növbəti mövsüm də Çempionlar Liqasının qrupuna düşmək yaxşı olardı. Buna çox şad olardıq. Amma indidən nələrisə müzakirə etmək tezdir. Ən azından Premyer Liqada iki oyunumuz var, avrokuboklarda püşk atılmayıb. Rəqiblərdən də çox şey asılıdır. Bunları bilməliyik ki, nə edə biləcəyimizi qarşıya hədəf kimi qoyaq.
- Hədəfə çatmaq üçün transferlər də əsas şərtdir. Yeni oyunçular alınacaq?
- Çempionat başa çatdıqdan sonra bu işlərə də baxacağıq.
- “Qarabağ”la adı çəkilən müəyyən futbolçular var…
- Bu gün rəsmi olaraq heç bir futbolçu ilə danışığımız olmayıb. Təbii ki, maraqlandığımız oyunçular var, amma indi bununla bağlı danışmaq düzgün olmaz.
- Konkret olaraq qapıçı transferi planlaşdırırsınız?
- İnanın ki, indi mən nə desəm, səhv ola bilər. Çünki bununla bağlı baş məşqçimiz Qurban Qurbanov özü araşdırmalar aparır və qərar verir. Bizim hər hansı bir futbolçunu götürüb-götürməməklə, hansısa mövqeyə oyunçu alınmasına qərar verməklə bağlı səlahiyyətimiz yoxdur.
- Müəyyən futbolçuların “Qarabağ”la müqaviləsi başa çatır. Komandadan ayrılacaq oyunçular müəyyənləşib?
- Getmək istəyən futbolçular olacaq. Ola bilər ki, kimlərsə getsin. Bəli, mövsümün sonunda müqaviləsi başa çatan futbolçular var. Onlar qərarlarını verməlidirlər. Biz ürəyi “Qarabağ”la olan, komandaya fayda vermək istəyən futbolçularla təbii ki, yolları davam etdirmək istəyəcəyik. Ancaq həmişə vurğulayırıq ki, bu məsələlərdə son söz baş məşqçimiz Qurban Qurbanova məxsusdur. Bizim işimiz onun istəklərini həyata keçirməkdən ibarətdir.
- 2021-ci ilin yayında heyətə cəlb edilən ispan futbolçu Qaspan Panadero komandada möhkəmlənə bilmədi. Müqaviləsi isə gələn ilin yayına qədərdir. Onun aqibəti necə olacaq? İcarəyə verilə bilər?
- Qaspar hazırda ikinci komandamızda oynayır. Bəli, onunla gələn ilin yayına qədər müqaviləmiz var. Biz onun icarəyə getməyini istəyirik. Ancaq bunun üçün özünün də nəsə etməyi lazımdır. Biz hazırda öz öhdəliyimizi yerinə yetiririk.
- Tofiq Bəhramov adına Respublika Stadionunun təmirə bağlanacağı gözlənilir. Belə olsa, “Qarabağ” avrokuboklardakı ev oyunlarını harada keçirəcək?
- İlk iki oyunumuzu “Azərsun Arena”da keçirmək istəyirik. Bəli, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Tofiq Bəhramov”da ot örtüyü dəyişdiriləcək, bir sıra yenidənqurma işləri görüləcək. “Azərsun Arena”nın durumu imkan verir ki, ilk iki oyunumuzu bu stadionda keçirək.
- “Tofiq Bəhramov”da işlərə nə vaxt başlanılacaq və yekunlaşdırılması nə vaxta planlaşdırılıb?
- Məncə, bugünlərdə başlamalıdır. Çünki avqust ayına kimi meydan hazır olmalıdır ki, avrokubok oyunlarında mübarizəmizi davam etdirsək, oyunlarımızı daha yaxşı şəraitdə keçirə bilək.
- “Qarabağ”ın bəzi futbolçuları ilə Avropa klublarının maraqlanmasına dair xəbərlər yayılır. Məsələn, Musa Qurbanlı, Elvin Cəfərquliyev, Ramil Şeydayevin adı çəkilir. Kluba bununla bağlı müraciət olunub?
- Bizə heç bir klubdan hər hansı futbolçu ilə bağlı rəsmi təklif gəlməyib. Ola bilsin ki, futbolçularımızla maraqlanırlar, amma bizə bununla bağlı təklif edilməyib.
Ramiq Ağaməmmədov
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü